Fazil Məmmədovun Şəmkirdəki "yadigarı" da vəzifədən alınır - Daha kimlər gedir?
13-06-2018, 13:02
Bakının Binəqədi və Gədəbəy rayon icra hakimiyyəti başçılarının dəyişdirilməsinin ardından gözlər sabiq Vergilər Naziri Fazil Məmmədovun digər kadrlarına - Qazax RİH rəhbəri Rəcəb Babaşova və Şəmkirin başçısı Alimpaşa Məmmədova yönəldi.
DİA.AZ-a daxil olan məlumatlarda deyilir ki, sabiq nazirin adamlarının "vurulması" prosesi davam etdirilir. Mənbənin söylədikləri:
"Bu günlərdə ilkin olaraq Şəmkirdə başçı dəyişdiriləcək, ardından isə sıra Qazax rəhbərliyinə çatacaq".
Mənbə bildirir ki, Fazil Məmmədovun özü də çətin durumdadır. Ona qarşı konkret ittihamlar var.