Ekologiya Nazirliyi Zakir Quliyevdən Qorxur?-İmişlidə Qanunsuzluq!

12-08-2018, 14:23           
Ekologiya Nazirliyi Zakir Quliyevdən Qorxur?-İmişlidə Qanunsuzluq!
Bir neçə gün öncə İmişli rayonun kəndlərində qanunsuz fəaliyyət göstərən və cənab prezident İlham Əliyevin göstərişinə əsasən bağlanıb fəaliyyətlərinin yoxlanılması ilə bağlı Daş karxanaları haqqında sizlər üçün Xəbəral.az saytında geniş yazı dərc etmişdik.Həmin sözügedən Karyerlərin çoxu bağlansa da Azərbaycan Sumelorasiya Açıq Səhimdar cəmiyyətinin sədr müavini əslən Sabirabad rayonundan olan Zakir Quliyevin nəzarətində fəaliyyət göstərən İmişli rayon Bəcrivan və Qaravəlli kəndlərindəki Karxanalar hələ də fəaliyyət göstərir.

Bundan öncəki yazımızda şikayət edən vətəndaşın adını çəkməmişdik, amma vətəndaş İmişli rayon Qaravəlli kənd sakini Əliyev Adəm Xəbəral.az saytı vasitəsi ilə sözügedən kəndin camaatı adından haqq səslərinin və yaşadıqları kənd yoluna ayrılan pulun boş yerə xərcləndiyi Zakir Quliyevin Karyerindən materieal daşıyan yük maşınlarının onların yollarının pis hala salınması ilə bağlı məmur özbaşınalıqlarının qarşısının alınması məqsədi ilə aidiyyatı qurumlara şikayətlərinin çatdırılmasını xaiş etdilər

İmişli rayonu Qaravəlli kənd sakini Əliyev Adəm XəbərAl.az saytına bildirir ki, bu yaxınlarda ölkə başçısı cənab İlham Əliyev rayonlarda qanunsuz işləyən daş karxanalarının bağlanması və onların fəaliyyətinin yoxlanılması ilə bağlı aidiyyatı qurumlara tapşırıqlar vermişdir.Bu sərəncam bütün rayonlara şamil olunsa da, nədənsə İmişli rayonu Bəciravan və Qaravəlli kəndinin ərazisində Sumelarasıya Açıq Səhimdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin karyeri kimi tanınan bu yerdə hələ də qanunsuz fəaliyyətdədi. Hal-hazırda İmişli rayonunda karyerlər fəaliyyətini müəyyən yoxlamalara görə dayandırsa da, əslən Sabirabad rayonundan olan Zakir Quliyev yüksək postda olduğundan yaxın qohumunun adına olan karxana qanunları pozaraq, Cənab prezidentin göstərişinə məhəl qoymayaraq fəaliyyət göstərir.İmişli rayonu Bəciravan və Qaravəlli kənd ərazisində yerləşən "kirişası"Zakir Quliyev olan karyerdə sürətli satış gedir.Əksər hissəsini qum istehsalı təşkil edən karyerdə Ekologiyanı zəhərləyən və bir də qanunsuz Elektirik qoşulması ilə insanların həyatları üçün təhlükəli olan texniki standartlara cavab verməyən kənd camaatını toza basaraq,yollarını pis günə qoyaraq öz bildiklərini edirlər. Kənd camaatı XəbərAl.az-a bildirir ki, Cənab prezident İlham Əliyevin verdiyi sərəncamı kobudcasına pozurlar , kənd yolları dövlət tərəfindən əsaslı təmir olunsa da Zakir Quliyevin karyerinə gələn yük maşınları yolları pis vəziyyətə salıb. XəbərAl.az-a daxil olan məlumata görə, karyerə rəhbərlik edən Zakir Quliyevin həmyerlisi əslən Sabirabadlı Kamran və Kamal adlı şəxslərdir Bu yaxınlarda da kənd sakinlərinin birinin maşınını oradan material daşıyan ağır tonnajlı maşınlardan biri sürətlə gələrək əzib Kənd sakini Zakir Quliyevin karyerinə cavabdehlik edən Kamran adlı şəxsə müraciət etsə də Kamran gülərək " əzib əzib də, mənimdə maşınımı vururlar nə olsun nə varki burda?"-deyə cavab verib. Bir sözlə Kamran Və Kamal cütlükləri Zakir Quliyevə arxayın olaraq İmişli camaatına və Bəcrivan Qaravəlli əhalisinə qan uddurur, Azərbaycan qanunlarını tanımırlar. Deyilənə görə, kənd sakinləri Cənab prezident İlham Əliyevə və digər aidiyyatı qurumlara yazılı formada müraciət hazırladıqlarını və bu qanunsuz fəaliyyət göstərən karyerin bağlanacağına ümüd edirlər.

Doğurdan maraqlıdır məhz niyə görə və nəyin qarşılığında birbaşa işə nəzarət edən Ekologiya və Təbi Sərvətlər Nazirliyi,İmişli Rayon İcra hakimiyyəti rayon ərazisində fəaliyyət göstərən bütün Daş Karxanalarının bağlanması və yoxlanılmasına ciddi nəzarət edib bağlayıblar, amma tək Zakir Quliyevin nəzarətində olan bu karyer hələ də öz qanunsuz fəaliyyətini göstərməkdədir?
Bu ammada böyük bir əmma var! İmişli rayon Qaravəlli kənd sakini Əliyev Adəm Xəbəral.az saytına bildirdi ki, sizin sayta müraciət edəndən sonra həmin sözügedən karyerə rəhbərlik edən Zakir Quliyevin yaxın qohumu Kamran adlı şəxs İmişli rayon Memarlıq və tikinti şöbəsinin müdiri Rəsulov Nazimə zəng edərək tez vətəndaşı sakitləşdirin əks halda sizlərə "etdiyim hörməti geri alacağıq"deyib.
Nazim Rəsulov da şikayətçi Əliyev Adəmi zəng edib çağıraraq heç bir sayta bu qanunsuzluq barədə məlumat verməməyini, əks halda cəzalandırılacağını bildirib.İmişli rayonu Qaravəlli kənd sakini Əliyev Adəm Xəbəral.az saytına bildirdi ki,Ekologiya və Təbi Sərvətlər Nazirliyindən və İmişli rayon İcra hakimiyyətindən ya bu karyerin qanunsuz fəaliyyətinə görə külli miqdarda pul alınıb, ya da Zakir Quliyevin qorxusundan heç bir tədbir görə bilməyəcəklərini dedi

Bizi zülümdən qurtarmağa kömək edin,bizim haqq səsimizi lazımı yerlərə çatdırın!

Sözün bitdiyi an! Aidiyyatı qurumların həmin qanunsuz işləyən karyer haqqında lazımi tədbir görəcəyinə və kənd camaatının toz içərisində yaşamasının qarşısı alınacağına, günahkarların ən qısa zamanda cəzalanacağına inanırıq. Ümidvarıq ki, Zakir Quliyev məsələyə ciddi reaksiya verəcək və onun adından istifadə edənlərin bundan sonra camaatda ona və dövlətə qarşı inamsızlıq yaratmasına imkan verməyəcək.

Bizdə Xəbəral.az saytı olaraq bu qanunsuzluğa son qoymaq məqsədi və vətəndaşların çox saylı şikayətinə aydınlıq gətirilməsi məqsədi ilə Həm İmişli rayon İcra hakimiyyətindən, həm də Ekologiya Təbi Sərvətlər Nazirliyinin mətbuat xidmətindən mövqe öyrənməyə çalışdıq. İmişli rayon İcra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Rəsulov Nazim açıqlamasında bizə bildirdi ki, bəli düz buyurursunuz . Adını çəkdiyiniz Daş Karxanası qanunsuz fəaliyyət göstərir, amma oranın dayandırılması bizim yox Ekologiya və Təbi Sərvətlər Nazirliyinin səlahiyyətindədir.Onlar göstəriş versələr həmin karyer də öz fəaliyyətini dayandırıb yoxlamaya başlanla bilər.

Bizdə Ekologiya və Təbi Sərvətlər Nazirliyinin mətbuat xidmətinə rəhbərlik edən İradə xanıma telefon açdıq və cəhdlərimiz boşa çıxdı.Həmin dərc etdiyimiz yazını İradə xanımın vatsap nömrəsinə göndərsək də hələ də bir xəbər yoxdu.

İnanırıq ki, aidiyyatı qurumlar tezliklə İmişli rayon Bəciravan və Qaravəlli kəndlərində fəaliyyət göstərən Zakir Quliyevin yaxın adamlarının adına olan Karxananın fəaliyyəti yoxlanılacaq dayandırılması üçün müvafiq göstərişlər veriləcək.Başqa karyerlər kimi buranın fəaliyyətinə xitamı məqsədi ilə yoxlamalara başlanılacaqdır

Qarşı tərəfi dinləməyə və mövqeylərini dərc etməyə hazırıq.

Xeberfakt.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.