Fikrət Məmmədovun işçiləri də qanunlara əməl etmirlər... - ŞİKAYƏT VAR

30-09-2015, 19:08           
Fikrət Məmmədovun işçiləri də qanunlara əməl etmirlər... - ŞİKAYƏT VAR
1 iyulda Qafqaznews. org “Məhkəmə icraçısı:”Qanunda boşluqlar var” başlıqlı məqalə dərc etmişdi. Məqalədə hüquqşünas Yalçın Hüseynov məhkəmə qərarlarının icra olunmamasından şikayətlənirdi: “Sabunçu rayon Məhkəməsinin 30.01.2014-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh Əliyev Zöhrab Zülfü oglundan 265.000 manat məbləgində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı Ələkbərova Səbinə Elçin qızına verilməlidir.
Ancaq Zöhrab Əliyev məhkəmənin qərarını yerinə yetirməkdən imtina edir.
Onda 15 sentyabr 2015-ci il tarixdə Sabunçu icra şöbəsi cavabdehin əmlakına həbs qoyub. Ancaq məhkəmə icraçısı Hakim Mirzəyev qərarı yerinə yetirmir”


Sonradan Yalçın Hüseynov Qafqaz Xəbər Agentliyi vasitəsilə ədliyyə naziri Fikrət Məmmədova müraciət etdi. O, məhkəmə icraçısı Hakim Mirzəyevi məhkəmə qərarını icra etməməkdə ittiham edirdi: “ Sabunçu rayon icra Şöbəsinin İcra məmuru Hakim Mirzəyev bizə bildirib ki, borclu Əliyev Zöhrab Zülfü oglunun adına VAZ-2107 markalı avtomobil aşkar olunmuşdur. Hakim Mirzəyevdən işin nə vaxt icra olunmasını soruşduqda mənə nədənsə 2-3 ay səbrli olmagimi məsləhət verdi.

Əliyev Zöhrab Zülfü oglunun adına VAZ-2107 markalı avtomobil aşkar olunmasıni qəbul etdik, amma ortaya suallar çıxır.Niyə Hakim Mirzəyev bu günə kimi bu avtomobili aşkar etmirdi? Tərəfimdən ünvanladıgım şikayət ərizələrindən sonra borclunun adına bu gün VAZ -2107 avtomobil aşkar olunubsa , ola bilər ki, müvafiq qurumlara yenə şikayət ərizəsi ünvanlayım və borclunun adına sabah VAZ 21-011 markalı avtomobil aşkar olunsun? Nəzərə alaq ki borclunun borcu külli miqdardadır və avtomobillərin satışından əldə olunan məbləg borcun heç 3-4 %-i etmir.

Bir də hər belə aşkar olunan avtomobil üçün aylar ötsə, bu mənə deməyə əsas verir ki, məhkəmə qətnaməsinin icrası illərlə uzana bilər. Belə qənaətə gəlmək olar ki, Hakim Mirzəyev qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını açıq-aşkar ləngidir və əlavə olaraq 2-3 ay səbrli olmagımızı məsləhət görür. Yuxarıda qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Sabunçu rayon İcra Şöbəsinin İcra məmuru Hakim Mirzəyev işdə süründürməçilik edir. Hesab edirəm ki, borclu Əliyev Zöhrab Zülfü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313.1-ci maddəsi ilə protokol tərtib olunmalı və Sabunçu rayon Məhkəməsinə təqdim olunmali və dərhal da Azərbaycan Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanmalıdır”.


Məsələ ilə bağlı biz Hakim Mirzəyevlə əlaqə saxladıq. O, Yalçın Hüseynovun ittihamlarını inkar edərək Qafqaznews.org-a bildirdi ki : “ Məhkəmə qərarı bizə daxil olandan sonra icraata yönəldilib. Və 57 min manat pul alınaraq zərəçəkənə ödənilib. Sonra şikayətə Apellyasiya məhkəməsi və Ali Məhkəmə baxıb”.
Müxbirimizin “Ali Məhkəmənin qərarı 16 fevralda qəbul olunub və o vaxtdan 5 ay keçib. Niyə indiyədək qərar icra olunmayıb?” sualına məhkəmə icraçısı belə cavab verdi: “ Ali Məhkəmənin qərarı Apellyasiya Məhkəməsinə göndərildi və bizə aprel ayında çatdı. Və tərəfimizdən Zöhrab Əliyevin əmlakı müəyyən olundu. Əmlaka təkrar həbs qoymaq üçün məhkəməyə müraciət etdik”. Müxbirimizin “ Məhkəmə qərarı 2 ay müddətində icra olunmalıdır” fikrinə məhkəmə icraçısının münasibəti belə oldu: “ Bəli, qanun məhkəmə qərarlarının icraçı üçün 2 ay müəyyən edib. Ancaq qanunda “probel-boşluq”lar var. Yəni 2 ay müddətində qərarları icra etmək mümkün deyil”.

Müxbirimizin “Qanunda icra mexanizmləri göstərilməyib?” sualına məhkəmə icraçısı belə şərh verdi: “ Biz borclunun məhkəməyə zorla gətirilməsi üçün öncə məhkəməyə müraciət etməliyik. Məhkəmə qərar qəbul etməlidir. Sonra biz həmin qərar əsasında polisə müraciət etməliyik və polis borclunu tapmalıdır və onun gəlişini təmin etməlidir və s. Bunun üçün də xeyli vaxt keçir”.


Məqalənin dərcindən sonra məlum oldu ki, icraçı Hakim Mirzəyev Sabunçu RPİ-ə məktub göndərib ki, Zöhrab Əliyev tapılaraq zorla məhkəməyə gətirilsin.
31 avqustda Sabunçu rayon məhkəməsi Ziya Şirinovun sədrliyi ilə Hakim Mirzəyevin müraciətinə baxaraq Zöhrab Əliyevin məhkəməyə gətriliməsi ilə bağlı qərar qəbil edib.


Vəkil Yalçın Hüseynov bizə bildirdi ki, mən özüm şəxsən Hakim Mirzəyevlə danışmışam: “ O, mənə bildirdi ki, məhkəmənin qərarını polisə göndərmişəm”.

Məhkəmə qərarının polisə göndərilib-göndərilmədiyini dəqiqləşdirmək qərarına gəldik.
Yeri gəlmişkən, biz müəyyən edə bildik ki, Zöhrab Əliyev Maştağa qəsəbəsində yaşayır.
Həmin ərazinin aid olduğu Sabunçu RPİ-nin 14-cü polis bölməsi ilə əlaqə saxladıq. Bölmənin dəftərxanasının əməkdaşı bizə bildirdi ki, Zöhrab Əliyevin məhkəməyə aparılması ilə bağlı bizə məktub daxil olmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.