Nəsib Mehməliyevin gizli seçki sövdələşməsi – Mustafa Debirova qarşı

2-10-2015, 00:15           
Nəsib Mehməliyevin gizli seçki sövdələşməsi – Mustafa Debirova qarşı
Balakən rayonundan redaksiyamıza yeni məlumatlar daxil olub. 109-saylı Balakən seçki dairəsindən milli məclisə namizədliyini irəli sürmiş namizədlər, hələ seçki təbliğatı başlamamışdan əvvəl ciddi şəkildə problemlərlə üzləşiblər. Burada Nəsib Məhəməliyev başda olmaqla, onun tərəfdarları digər namizədlərə qarşı anti-təbliğat aparırlar. Rayondan cumhuriyyet.az-a verilən məlumata görə, namizədlər imzatoplama kompaniyasında bir sıra idarə və müəssisə rəhbərləri tərəfindən təzyiq və təpkilərə məruz qalırlar. İdarə və müəssisə rəhbərləri tabeçiliklərindəki işçilərə Nəsib Məhəməliyevdən başqa heç kimə imza verməməyi tapşırıblar. Belə bir tapşırığın onlara rayon icra hakimiyyətinin başçısı İslam Rzayev tərəfindən verildiyini bildirirlər.
Nəsib Məhəməliyev Balakəndə icra başçısı işlədiyi müddətdə nüfuzunu itirdiyi üçün Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev və 109-saylı seçki dairəsinin sədri eləcə də komissiya üzvləri ilə gizli sövdələşmə aparmış və qutudan çıxarılacağı təqdirdə onların hər birinə müəyyən məbləğdə pul verəcəyini öhdəlik kimi üzərinə götürmüşdür. Rayon icra hakimiyyətinin başçısı İslam Rzayevlə yaxın münasibəti olan şəxsin cumhuriyyet.az-a bildirdiyinə görə, Nəsib Məhəməliyevin namizədlər arasında ən çox çəkindiyi şəxs Balakən TV-nin prezidenti Mustafa Debirovdur. Nəsib Məhəməliyev məhz M. Debirovun namizədliyinin qeydə alınmaması üçün gizli sövdələşmələr aparıb və buna çalışır. Mustafa Debirovun Balakən rayonunda kifayət qədər nüfuz sahibi olduğu qeyd edilənlər arasındadır. Bu adamın özəl televiziyanın rəhbəri olduğu qeyd edilir. Mənbəmiz qeyd edir ki, Mustafa Dibirov uzun müddətdir ki, ölkə prezidentinə müraciət edir və onu qəbul etməsini xahiş edir. Lakin M. Debirov dövlət başçısına müraciətində qəbul olunmasında məqsədinin nədən ibarət olduğunu açıqlamadığına görə Nəsib Məhəməliyev narahat durumda qalmaqdadır. Mənbəmiz qeyd edir ki, Nəsib Məhəməliyev üçün toplanan imzalar orta məktəblərdə kor-koranə toplanıb. Əgər bu imzaların düzgünlüyü yoxlanılsa kifayət qədər qanunsuzluqların olduğu meydana çıxar. Mövzunu diqqətdə saxlayacağıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.