Süleyman Mikayılov işə niyə çıxmır - işlərini müavini Emil Abbasov idarə edir

2-10-2015, 10:00           
Süleyman Mikayılov işə niyə çıxmır - işlərini müavini Emil Abbasov idarə edir
Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov bir aya yaxındır ki, məcburi məzuniyyətə çıxıb. Bu barədə GUNDEMİNFO.AZ-a icra hakimiyyətindəki mənbələrdən məlumat daxil olub. Müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq məzuniyyət dövrü olmamasına baxmayaraq Mikayılov məzuniyyətə göndərilib. İnformasiyaya əsasən ölkədə mühim bir siyasi prossesin, seçki prossesinin keçirildiyi bir dövrdə icra başçısının məzuniyyətə göndərilməsi şübhələrin və çeşidli informasiyaların ortaya çıxmasına səbəb olub.

Onun işə çıxmaması ilə bağlı vəzifəsindən azad edilməsi və sair məqamlar ortaya çıxıb. Bildirilir ki, icra başçısı bundan sonra da işə çıxmayacaq və böyük ehtimalla vəzifəsini itirməli olacaq.

GUNDEMİNFO.AZ-a daxil olan informasiyalarda həmçinin bildirilir ki, Süleyman Mikayılovun bütün işlərini birinci müavini Emil Abbasov icra edir. Xüsusilə də seçki prossesinə hazırılıq, texniki şəraitin qurulması və sair bütün işlər birinci müavinə həvalə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru