Laçının icra başçısına qarşı etiraz AKSİYASI

3-10-2015, 10:28           
Laçının icra başçısına qarşı etiraz AKSİYASI
Dünən oktyabrın 2-də Laçın rayon sakinləri aksiya keçirib.

Aksiyaya səbəb rayonun icra başçısı Akif Səlimovun sakinlərə verilməli olan torpaqları başqalarına satmasıdır.

Aksiya ərazisində etirazçılara polis müdaxiləsi var. 2 nəfər həbs edilib. İlqar Məmmədov və Aslan İbrahimovun hərəsinə 15 sutka inzibati cəza verilib.

Etirazçıların bildirdiyinə görə, həbs edilənlər polis bölməsində döyülüb. Aslan İbrahimovun ürək xəstəliyindən əziyyət çəkdiyini dəyən anası Sahibə İbrahimova deyib ki, oğlunun həkimə ehtiyacı olsa da, yanına həkim buraxılmır.

Şahidlərin sözlərine görə, Laçın rayon polis şöbəsində müvəqqəti saxlama təcridxanası olmadığı üçün həbs edilənlər Ağcabədi rayonuna göndəriliblər. (doğruxeber.tv)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.