“Akkord” şirkəti Beynəlxalq Bankın milyardını çeynəsə də, uda bilmədi

1-10-2018, 20:18           
“Akkord” şirkəti Beynəlxalq Bankın milyardını çeynəsə də, uda bilmədi
Azərbaycan Beynəlxalq Bankının qayıtmayan kreditləri ilə bağlı söhbət düşərkən yalnız bankın keçmiş prezidentinin adı hallanır. Yoxa çıxan 3 milyard manat həcmində vəsaiti tək bir adam yeyibmi?

Yaxın tarixə kiçik bir ekskurs edək. Məlumdur ki, bankdan götürdüyü krediti qaytara bilməyən Metanol zavodunun rəhbəri məsuliyyətə cəlb olunmuşdu. İş adamını metanol zavodunun tikintisi üçün Beynəlxalq Bankdan götürdüyü, faizləri ilə birlikdə 830 milyon dolları keçən krediti mənimsəməkdə ittiham edirdilər.. İndi zavod SOCAR-a satılıb, borclar da qaytarılır.

İş adamı Hacı Ibrahim Nehrəmlinin Beynəlxalq Bankdan 850 milyon manat kredit götürdüyü.. hamıya məlumdur. İş adamı məsuliyyətə cəlb olunmuşdu və hazırda borcunu hissə-hissə qaytarmaqda davam etdiyi barədə bilgilər vardır.

Digər iri borclu “Akkord” şirkətidir. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Beynəlxalq Banka 1,3 milyard borclu olması ilə bağlı səslənən iddialara şirkətdən hələ indiyə qədər konkret fikir bildirilməyib.

Uzun illərdir Azərbaycanda infrastruktur layihələrini həyata keçirən «Akkord» götürdüyü kreditləri qaytarmayıb və şirkət rəhbərliyindən də hələ heç kim məsuliyyətə cəlb olunmayıb.

Qeyd edək ki, “Akkord”dan borcunu ger ala bilməyən Beynəlxalq Bank məcburən başqa bir üsula əl atmışdır. Belə ki, tərəflər arasında əldə edilən razılaşmaya əsasən bundan sonra, “Akkord”un şəhərin müxtəlif ərazilərində olan yaşayış komplekslərindəki qeyri- yaşayış sahələrinin idarəetməsinə Beynəlxalq Bank nəzarət edəcək. Beynəlxalq Bank yalnız bu üsulla “Akkord”un ona olan borcunu ödətdirmək istəyir. Bundan əvvəl “Akkord” un qeyri yaşayış komplekslərinin idarə olunması ilə “Property İnvestments” MMC məşğul olub. Bildirilir ki, artıq “Property İnvestments”lə Beynəlxalq Bank arasında təhvil-təslim prosesi həyata keçirilir.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.