Masallı camaatının yolsuzluq problemi - "Təcili yardım çağıra bilmirik"

5-10-2015, 11:30           
Masallı camaatının yolsuzluq problemi - "Təcili yardım çağıra bilmirik"
"Bu şəkillər Ələt-Astara magistral yolundan 5 km uzaqlıqda yerləşən Masallı rayonunun Hüseynhacılı kəndinə gedən əsas yoldan çəkilib. İllərdir, bu kənd yol həsrətindədir, amma sakinlərin arzusu elə arzu olaraq, qalır"

Bu Arqument.Az-a Masallı rayonun Hüseynhacılı kəndinin sakinləri yazıblar.

Onların sözlərinə görə, bu yolun asfalt örtüyü və təmiri "Regionların İqtisadi İnkişafı" Proqramına salınsa da, uzun illərdir ki, həllini tapmır: "Masallı rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsək də, nəticəsi olmayıb. İcra Hakimiyyətindən bizə hər dəfə yolun əsaslı təmirinin regionların sosial-iqtisadi inkişaf proqramına daxil olduğu və təmir olunacağı vədi verilir, amma bu, elə vəd olaraq qalır".

Sakinlərin sözlərinə görə, yağışlı günlərdə, xüsusən də, payız və qış fəsillərində kənddə ağır xəstələr olsa da, təcili yardım maşınları da gəlmək istəmir: "Yolun bərbadlığı üzündən ayda 2-3 dəfə şəxsi avtomobillərini təmir etmək məcburiyyətində qalırıq, əkib-becərdiyimiz məhsulu rayon bazarına çıxartmaq üçün iri yük maşınları axtarmaq məcburiyyətində qalırıq. Kənddə biri ağır xəstələnsə, təcili yardım çağıra bilmirik. Çünki maşınlar doğrudan da, bu yolda rahat hərəkət edə bilmir. Bir sözlə, durumumuz ağırdır".

Mövzu ilə bağlı sözügedən qurumların da mövqeyini dərc etməyə hazırıq.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.