Deputat evli cütlüklərin ayrılmasından DANIŞDI: - “Boşanmanı eləyiblər adi şey”
12-02-2019, 12:45
“Bu gün boşanmaların bu qədər artmasının zəmanəyə heç bir aidiyyəti yoxdur. Hər xırda şeyə görə boşanmaq olmaz. Bir az da dərinə gedəndə baxırsan ki, bu boşananların elçiləri kim olub?”.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Madər Musayev deyib.
Deputat xatırladıb ki, əvvəllər kənddə, eldə, obada seçilən adamları dəvət edirdilər, qızın "həri”sini o alırdı:
“İstər-istəməz oğlan da, qız da, valideyn də məsuliyyət daşıyırdı ki, biz qızımızı filankəsə vermişik. Ailə quran insan başa düşməlidir ki, mən evlənirəmsə, bunu kəbinlə alıram. Bu, Allahın əmanətidir sənə. Çox məəttələm ki, əgər bir insan Allahın əmanətini saxlaya bilmirsə, o, kimin əmanətini saxlaya bilər?! Bax bunun məsuliyyətini bilmirlər. Boşanmanı eləyiblər adi bir şey.
Əgər bu, zəmanənin günahıdırsa, Bakının kəndlərində, Azərbaycanın rayonlarında niyə şəhərdə olduğu qədər boşanma yoxdur?!”.