İsgəndər Həmidov həbs olunan generaldan danışdı: - "Qohumumdur... 22 ildir, mənə salam vermirdi"...

27-10-2015, 10:53           
İsgəndər Həmidov həbs olunan generaldan danışdı: - "Qohumumdur... 22 ildir, mənə salam vermirdi"...
Məlum olduğu kimi, Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi, general-mayor Vidadi Məmmədovun vəzifəsindən azad edildiyi və saxlanılaraq “MTN işi”nin istintaqına cəlb edildiyi məlumatı yayılıb. DİA.AZ bildirir ki, bununla bağlı Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sədri, Müsavat Partiyasının 123 saylı Kəlbəcər seçki dairəsindən deputatlığa namizədi, keçmiş daxili işlər naziri İsgəndər Həmidov "Yeni Müsavat"a müsahibəsində danışıb.

Keçmiş nazir "Vidadi Məmmədovun sizinlə qohum olduğu haqda məlumatlar da var. Bu, düzdürmü?" sualını aşağıdakı kimi cavablandırıb:

"Bəli. Dediyiniz general Vidadi Məmmədovla qohumluğumuz var. Vidadi Məmmədov mənim əmim qızının həyat yoldaşıdır. Lakin düz 22 ildir mənə salam vermirdi. Oğlu da MTN-də işləyir. Vidadi Məmmədov əslən Göyçə mahalındandır. Kim qanunları pozubsa, cinayət edibsə, istər mənim qohumum olsun, istər hansısa nazirin qohumu olsun, fərq etməz, mütləq cəzasını almalıdır. Vəzifəli adamların qohumları cinayət edirsə, onlara cəza bir az da sərt olmalıdır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.