“Hava ərazisinə hansısa bir ölkənin uçağı girsəydi Rusiya daha betərini yapardı”
25-11-2015, 13:52
Sizcə Türkiyə rus uçağını vurmaqla düzmü etdi? Katapult edərək əslində heç bir təhlükə törətməyən rus pilotlarının havadaca vurulması əslində çox böyük qəbahət və təxribat deyildimi? Bununla əslində sanki ruslara qəsdən "gəl savaşaq" mesajı verilmədimi, bu hadisə türkmənlərə divan tutulmasıyla nəticələnməyəcəkmi?
Moderator.az - ın əməkdaşı bu sualla müraciət etdiyi Türkiyə sevdalısı, Azəri - Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlıdaan aşağıdakı cavabı alıb:
"Türkiyənin Rus savaş uşağını vurması beynəlxalq anlaşmalara görə düzdür, ruslar sınır ihlalı tapmışlar, Türkiyə belə hallarda nə gərəkirsə onu yapmış. İkincisi isə yalnışdı, pilotlara atəş açmaq lazım deyildi, onları əsir almaq və sonra Rusya ilə masaya oturmaq lazım gəlirdi və bunu etmək çox böyük təxribatdı məncə. Qaldı ki, Bayırbucak Türkmənlərinə, günlərdi Rusya dünyanın gözü önündə bir qətliam yapır, kimsənin səsi çıxmır, kimsə Rusiyaya bunu durdur demir, əgər Rusiyanın hava ərazisinə hansısa bir ölkənin uşağı girsəydi Rusiya daha betərini yapardı. Amma bütün hallarda Türkiyənin Rusiyayla savaşa girməsini istəyən güclər var, başda Amerika olmaqla, Türkiyənin əliylə Rusiyanı vurmağı və ya hər ikisini zəiflətməyi və sonra da Orta Doğunu rahatca bölüşdürməyi düşünürlər.Yəni əslində bütün amac Türkiyə sınırında yəhudi güdümündə olan bir kürd dövləti qurmaq, yəni böyük İsrail projesini gerçəkləşdirmək niyyəti var ortada".