“MTN işi” ilə bağlı bütün məsuliyyəti Çovdarovun üstünə qoymaq gülüncdür”
27-11-2015, 12:21
Sabiq polis rəisi, tanınmş hüquqşünas Mahmud Hacıyev Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlamasında “MTN işi” ilə bağlı maraqlı fikirlər səsləndirib. M.Hacıyevin diqqət çəkdiyi məqamlardan biri, “MTN işi” ilə bağlı baş verənlərə görə Çovdarovun “baş müqəssir” qismində qələmə verilməsidir ki, keçmiş polis rəisi bunu məntiqli saymır: “Çovdarovun həbsindən öncə də, onun həbsindən sonra da maraqlı bir tendensiya müşahidə edildi. Belə ki, bəzi qurumlar sanki bilərəkdən, bəziləri isə bilməyərəkdən hadisələrin bütün foksunu A.Çovdarova yönəltməyə başladılar. Bütün məsələlərdə yalnız onun adını hallandırır, baş verənlərə görə bir tək onu ittiham edirdilər.
Keçmiş əməliyyatçı-istintaqçı kimi hadisələrin bur cür qiymətləndirilməsi məndə təəccüb doğurur. MTN işi ilə bağlı baş verən bütün qanunsuzluqların günahını A.Çovdarovun üstünə yıxmaqdan öncə, baxaq görək o, kim olub? Hansı səlahiyyət sahibi olub? Çovdarov MTN-dəki bri neçə idarədən sadəcə birinin rəhbəri olub. O, sadəcə rəhbərliyin razılığı və göstərişi ilə müəyyən qeyri-qanuni hərəkətlərin icrasını həyata keçirib. Buna görə də bütün baş verənlərin mərkəzində A.Çovdarovun olduğunu iddia etmək, belə bir təəssürat yaratmaq doğru deyil. A.Çovdarovun özünün həbsxanası, çoxsaylı obyektləri və s. olub. Hüquq-mühafizə orqanlarında çalışan hər kəs biliri ki, rəhbərliyin göstərişi, razılığı olmadan heç kim ağır nəticələrə səbəb olacaq bu cür qeyri-qanuni addımlar atmır, bu cür hərəkətlərə yol vermir. Lakin bu gün elə atmosfer formalaşdırırlar ki, sanki baş verənlərin bütün məsuliyyəti A.Çovdarovun üzərindədir. Axı A.Çovdarov rəhbərliyin razılığı olmadan bu cür əməllərə qol qoymazdı”.
“Nazir, nazir müavinləri və aparat rəhbəri də məsuliyyətə cəlb olunmalıdır”
M.Hacıyevin sözlərinə görə, A.Çovdarovun yol verdiyii bütün qanunsuzluqlara görə nazir, nazir müavinləri və aparat rəhbəri də məsuliyyət daşıyır: “A.Çovdarovun nazir, nazirin üç müavini, eləcə də aparat rəhbərinə tabeçiliyi var. MTN-nin aparat rəhbəriyi böyük səlahiyyətə malik olan bir şəxsdir. Sovetlər dönəmində DİN-də buna ştab deyirdilər. Bu ştab DİN-nin tərkibində olan qurumlara nəzarət edirdi. Yoxlamlar keçirir, bu yoxlamalarla bağlı illik plan tərtib edirdi. Çovdarov bu şəxlərin razılığı olmadan belə şeyə getməz. O, özbaşına bu cür hallara yalnız bir şərtlə yol verə bilər ki, 5-10 işi rəhbərliyin göstərişi ilə edəndə, bunların gözünə qatıb bir dənə də qanunsuzluğa sırf öz maraqları baxımından yol versin. Çovdarvun guya bütün bu qanunsuzluqların hamısını öz təşəbbüsü ilə, rəhbərliyin göstərişi və razılığı olmadan həyata keçirdiyini düşünmək absurddur.
Bu gün A.Çovdarova çoxsaylı maddələrlə gül buketinə bənzər böyük bir buket düzəldilib. Madam ki, A.Çovdarovun timsalında icraçıya bu cür buket düzəldirlərsə, o zaman onun başında dayanan, hərəkət dinamikasına nəzarət edən, işinə, səlahiyyət dairəsinə nəzarət edən şəxslər niyə məsuliyyətə cəlb edilmir? Onlar nəyə baxırmış? Onda belə çıxır ki, nazir də, onun müavinləri də, aparat rəhbəri də o qədər avam adam olublar ki, Çovdarov MTN-də at oynadıb, istədiyi qanunsuzluğa yol verib, insanlara zülm edib, amma bundan yuxarıdakı şəxslərin heç birinin xəbəri olmayıb? Bu, gülünc və absurddur. Onların mütləq şəkildə baş verənlərdən xəbəri olub. Buna görə də hadisələrin episentrini yalnız Çovdarova tərəf yönləndirmək doğru deyil. Çovdarovla yanaşı nazir, nazir müavinləri və aparat rəhbəri də məsuliyyət daşıyır”.
“Çovdarov MTN rəhbərliyi deyil, o, sadəcə icraçı olub”
M.Hacıyev A.Çovdrovun məsuliyyətə cəlb edildiyi bir halda nazir və nazir müavinlərinin azadlıqda qalmasının, Hilal Əsədov, Nizaməddin Həmidovun isə öz vəzifələrində qalmasının absurd olduğunu vurğuladı: “Hazırda istintaq gedir və bu səbəbdən də bəzi məsələlərlə bağlı açıq danışmaq, bəzi olaylarla bağlı mülahizə yürütmək istəmirik. Amma ortada bir məntiq də var. Çovdarovun rəhbəri olan şəxslər bu boyda həngamədən sonra işə gedib-gəlir, iş prosesində iştirak edir və s. Bu, anlaşılmaz bir durumdur. Hesab edirəm ki, əslində hadisələrin fokus nöqtəsini Çovdarova yönəltməklə bəzi şəxslər həmin generalların proseslərdən kənarda qalmasına nail olmağa çalışır. Bəzi şəxslər isə təsir altına düşərək hər şeyə görə Çovdarovu ittiham edir. Son 20 gündə Çovdarovla bağlı ölkə KİV-də dərc edilən materialları oxuyanda insanda beılə bir təəssürat yaranır ki, MTN-də nazir də, nazir müavini də, aparat rəhbəri də A.Çovdarov olub. Sanki bu adam orda tək imiş. Sanki onda başqa hər kəs kölgə kimi yalandan işə gəlib gedirmiş.
Təsərrüfat işlərinə baxan generaldan tutmuş əməliyyat işlərinə baxan generalına qədər, kadrlara baxan müavin generalına, aparat rəhbərinə qədər hər kəs yerindədir. Halbuki, onlardan soruşmaq lazımdır ki, siz hara baxırdınız? Əgər onlar tabeçiliklərindəki şəxslərə də nəzarət edə bilmirlərsə, onda onlar nəyə, kimə lazımdır? Onda MTN-nin yerləşdiyi möhtəşəm binanı boşaldıb yalnız Çovdarovun ixtiyarına verərdilər, o binaya bir tək o, girib-çıxardı. Çovdarov MTN rəhbərliyi deyil. O, MTN-də rəhbər olmayıb. Rəhbər olmayan şəxsə də bütün hadisələri yönəltmək düzgün deyil. Əgər rəhbər bir adam oslaydı, onda adam deyərdi ki, iş yükü çoxdur, rejim ağırdır və s. Bu səbəbdən də hansısa hadisə onun gözündən yayınıb. Lakin orada nazirdən başqa 3 müavin və aparat rəhbəri olub. Nəzarət üçün bunlar kifayət etmirmi?”
“Baş verənlərdə aparat rəhbəri Fərhad Vahabovun da məsuliyyət payı var”
Tanınmış hüquqşünas baş verən olaylarda MTN-nin aparat rəhbəri general Fərhad Vahabovun da özünəməxsus məsuliyyət payı olduğunu qeyd etdi: “Sovet dönəmində ciddi yoxlamalar gedirdi. Qeyd etdiyim kimi, DİN-də ştab deyilən bir şöbə var idi. Museyib İlyasov adlı polkovnik də ona rəhbərlik edirdi. Onu həm şəxsiyyət, həm ləyaqət, həm də savad baxmından hər kəs çox yüksək qiymətləndirirdi. O, SSRİ miqyasında “NVD” sistemində çox dəyərli bir şəxsiyyət idi. O, planlar hazırlayırdı və həmin planlara görə də qərargah rəisləri yoxlamalı keçirirdi. Yoxlama zamanı hansısa şöbənin, bölmənin, idarənin adi bir işçisinin nöqsanı aşkar ediləndə, birinci əmri onun rəisi haqqında hazırlayırdılar. Ondan soruşurdular ki, sən rəhbər kimi hara baxırsan? Niyə əməkdaşlarına nəzrət etmirsən? Icraçı ilə yanaşı rəisə də cəza verirdilər. Bu gün isə belə təəssürat yaranır ki, MTN-də baş verənlərin həm sifarişçisi, həm təşəbbüskarı, həm icraçısı, həm təşkilatçsı Çovdarovun özüdür. Lakin bu gün elə KİV-də gedən məlumatlara nəzər salanda görürsən ki, bu şəxsin ən yaxın adamlarından biri Hilal Əsədov olub. Zərərçəkmişlərin KİV-də yer alan şikayətlərində də bununla bağlı ipucları var. Bunlar duet təşkil ediblərmiş – Əsədov-Çovdarov dueti. Mən bunları zərərçəkənlərin KİV-də yer alan ifadələrinə görə deyirəm.
Museyib İlyasov indiki yüz generaldan hörmətli polkovnik olub. Bildiyim qədəri ilə MTN-dəki aparat rəhbəri Fərhad Vahabov M.İlyasovun yetirməsidir, onun məktəbindən keçib. O, niyə bu adamlara qoşulub, doğrusu bu, mənə təəccüblü gəlir.
Aparat rəhbəri MTN-də böyük fiqurdur. Sovetlər dönəmində belə vəzifələr olmurdu. Bunu sonradan nazirliklərdə yaratdılar. Aparat rəhbəri nazirdən sonra ikinci fiqur deməkdir. Moskvanın generalları belə M.İlyasovla hesablaşırdı. Elə bir şəxsin məktəbindən çıxan F.Vahabovun MTN-dəki “obaxeyis”lərə qoşulması anlaşılan deyil. Görünür, həqiqətən də, atı atın yanına bağlayanda həmrəng olmasa da, həmxasiyyət olur”.