Dünya Çempionu, əməkdar məşqçidən qeyri-adi addım- Körpənin həyatına görə namizədlikdən imtina etdi

16-01-2020, 18:26           
Dünya Çempionu, əməkdar məşqçidən qeyri-adi addım- Körpənin həyatına görə namizədlikdən imtina etdi
Ağsu rayonunda yerləşən “Ağsu İdman Kompleksi”ndə xeyriyyə məqsədli qanvermə aksiyası keçirilir.
Aksiya həmyerlimiz, leykozdan (qan xərçəngi) əziyyət çəkən 3 yaşlı Musa Araz oğlu Yunusova yardım etmək üçündür. Qanvermə üçün Qan Bankı ilə razılıq əldə olunub və müqavilə bağlanılıb ki, aksiyadan yığılan qanın əvəzinə Musa balanın ehtiyacı olduqda ona vaxtında Qan Bankı lazımı qədər qanı təmənnasız versin.
Aksiyanın təşkilatçısı Ağsu İdman Kompleksinin Direktoru Elnur Alıyev qanvermə aksiyası ilə bağlı sualarımızı cavablandırıb

Elnur müəllim, bu ideya haradan yarandı?

Balaca Musanın vaideyinləri hələ ötən ilin dekabrında mənə müraciət etdi. Məsələni dərhal nəzarətə götürdüm və bu istiqamətdə müvafiq qurumlarla danışıqlara başladım. Qan Bankına müraciət etdik və onlar aksiyanı Yanvarın 16-da keçirməyi təklif etdilər.

Bilirsiniz ki, mən də 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən deputatlığa namizəd idim. Aksiya isə qanunla icazə verilən təbliğat kampaniyasından bir gün əvvələ düşürdü. Qan Bankı isə yanvarın 16-sı gününü təyin etmişdi. Biz qanunu poza bilməzdik. Eyni zamanda məlumat aldıq ki, körpənin vəziyyəti getdikcə pisləşir. Söhbət bir insanın, xüsusi ilə də bir azyaşlı körpənin həyatından gedirsə onda adamın gözünə başqa heç nə görsənmir. Bütün bunları nəzərə alaraq və vicdanımın səsinə qulaq asaraq namizədliyimi geri götürdüm və bu aksiyanı məhz bu gün keçirilməsinə qərar verdim.
Buna görəmi namizədlikdən imtina etdiniz?
Bəli, o körpə də bir vətəndaşdır. Gələcəyin səsidir, seçisidir. Mən bir körpəni xilas edə bilmirəmsə gələcəkdə seçicilərimi necə təmsil edəcəm? Hər şey xırda bir detaldan başlayır. Bir insanı xilas etmək mənim üçün hər şeydən üstündür. Burada toplanacaq qan təkcə balaca Musa üçün yox, bir neçə şəxs üçün də xilas yoludur.
Bütün namizədlərə də müraciət etmişik. Hamı gəlib qan verməlidir. Bu bir vicdan borcudur. Günün sonunda yığılan qan barədə də yekun məlumat verəcəyik.

Bütün gələnlərə, bu işdə bizə dəstək olanlara təşəkkür edirəm. Allah əziyyətimizi yerdə qoymaz. Balaca Musa tezliklə bu xəstəlikdən xilas olar və biz də sevinərik.
Teref.az
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.