Qarabağda qanunsuz məskunlaşma: Etiraz edirik, xeyri yoxdur - “Bunun başqa yolu yoxdur”

22-01-2020, 10:39           
Qarabağda qanunsuz məskunlaşma: Etiraz edirik, xeyri yoxdur - “Bunun başqa yolu yoxdur”
Ermənilər Azərbaycanın işğal altındakı Laçın rayonu ərazisində süni məskunlaşdırma siyasətini davam etdirir. Laçının müharibə zamanı dağıntılara məruz qalmış Zabux kəndinin yerində salınan yeni kənd ermənicə Aqavno adlanır. 50 evin istifadəyə verildiyi kənddə daha 100 evin tikintisi aparılır. Bundan başqa, oyun meydançaları və məktəbin istifadəyə verilməsi də nəzərdə tutulur.

Aqavno kəndinin yaradılması fikri Livan ermənilərinə məxsusdur. Məhz onların yaratdığı “Ari” fondu Zabux kəndinin xarabalıqları üzərində salınan kəndin maliyyə xərclərini öz üzərinə götürüb. 2011-ci ildə Livandan Aqavnoya köçən Andranik Çavuşyan kəndə rəhbərlik edəcək.

Məsələni Sherg.az-a dəyərləndirən politoloq Azər Rəşidoğlu bildirib ki, ermənilər 20 ildir beynəlxalq hüquqa zidd olaraq belə addımlar atır.

Analitikin sözlərinə görə, biz etiraz edirik, şikayət edirik, amma heç bir nəticəsi olmur:

“Olmayacaq da. İşğal altında olan torpaqları azad etməliyik. Bunun başqa yolu yoxdur. Ermənilər işğalçıdır və öz işğalçılıq siyasətini davam etdirir. Bu baxımdan, onların fəaliyyətindən təəccüblənmək yox, öz torpaqlarımızı azad etmək laızmdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.