Sərdar Cəlaloğlu qardaşı ilə barışmaqdan İMTİNA EDİB: - “Bir-birimizin xeyir işinə də getmirik”

27-04-2020, 11:12           
Sərdar Cəlaloğlu qardaşı ilə barışmaqdan İMTİNA EDİB: -
“Qurban Məmmədovla 13 ildir ki, heç bir əlaqəmiz yoxdur. Nə o məni arayır, nə də mən onu. Əvvəllər şəxsi münasibətləri yoluna qoymaq üçün bir-iki dəfə zəng edib, ancaq imtina etmişəm”.

Bu fikirləri Modern.az-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu qardaşı Qurban Məmmədovla münasibətlərindən danışarkən deyib.

ADP sədri bildirib ki, münasibətlərin pozulmasına səbəb olan məqamlar mövcuddur:

“Mənə görə xüsusi düşüncə tərzi var ki, qüsurlu davranışlara malikdir. Hərəkətləri və davranışları yanlışdır. Hətta yanlış davranışları ilə mənə çox ziyan vurub. Lap əvvəllərdə də partiyamız bu tərəfə gedəndə o başqa tərəfə gedirdi. Onun bütün məkrli və siyasi fəaliyyətini mənim adıma yazırdılar. Heç kimi bu işlərin arxasında olmadığıma inandıra bilmirdim.

Özünə də çox ziyan vurub. 3 dəfə həbs edilib. Həbs edilməsində də uzaqgörən olmaması, özünü müdafiə edə bilməməsi səbəb olub”.

Sərdar Cəlaloğlu toy və yas mərasimlərində də bir araya gəlmədiklərini söyləyib:

“Nə mən onun övladlarının toyunda, nə də o mənim övladlarımın toyunda iştirak edib. Ən yaxın adamlarımızın yasında belə məsafə saxlamışam”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru