Rəsul Çunayev üç əsrlik evlərindən danışdı: “Yenisini tikdirəcəyəm, bunu sökməyəcəyəm” - VİDEO

28-04-2020, 08:05           
Rəsul Çunayev üç əsrlik evlərindən danışdı: “Yenisini tikdirəcəyəm, bunu sökməyəcəyəm” - VİDEO
“İdmana görə Balakənə çox gəlib-gedə bilmirəm. Ancaq toydan-toya, yasdan-yasa gəlirdim. Amma hər dəfə kəndimizə gələndə uşaqlıq xatirələrim oyanır. Bu həyətdə gördüyüm əkin-biçin işləri hamısı yadımdadır. Qarğıdalı, lobya, xiyar, pomidor - nə varsa əkə bilirdim. Arı saxlayıb, bal yığırdıq. Əkinə su verirdim. Bütün bu xatirələrim hər dəfə yenilənir”.

Bunu Oxu.Az-a yunan-Roma güləşi üzrə Olimpiya mükafatçımız, dünya çempionumuz Rəsul Çunayev deyib.

Dövlət Sərhəd Xidmətinin baş leytenantı olan Rəsul Çunayev Balakənin Qabaqçöl qəsəbəsinin Yeni Şərif kəndinə budəfəki səfərində gördüyü işlərdən danışıb:

“Bu dəfə Balakənə gələndə anam məni su doldurmağa göndərmişdi. Əlbəttə ki, Balakənə gəlmişkən, kənd həyatından qopub Bakıya getməyimə səbəb olmuş ilk şəxsi məşqçim İsmayıl Çopsiyev mənə məşq də keçdi. O, mənim üçün doğma məşqçidir. Uşaqlıqda etdiyimiz məşqləri yadıma saldı”.

Rəsul Çunayev 1896-cı ildə tikilmiş ev barədə də danışıb:

“Balakəndə özümüzə yeni ev tikmək planımda var. Amma çox vaxt Bakıda olduğum üçün buna vaxt edə bilmirəm. İnşallah, bu köhnə evi söhməmək şərti ilə həyətimizdə qəşəng yeni ev tikmək istəyirəm. Bu üç əsrlik ev bizə muzey, xəzinə kimi bir şeydir. Bu ev bizə nənə-babalarımızdan bir xatirədir. Onları çox istəyirdim. Həmişə bu evdə onlarla keçirdiyimiz xoş xatirələri yada salırıq, dua oxuyuruq”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.