Hafiz Hacıyev Bakıda çadır QURACAQ

29-04-2020, 19:04           
Hafiz Hacıyev Bakıda çadır QURACAQ
“Karantin dövründə Müasir Müsavat Partiyasının qərargahının yerləşdiyi mənzilin kirayəpulunu ödəyə bilmədik. Ona görə indi bizi oradan çıxarmağa çalışırlar”.

Bunu Modern.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O bildirib ki, vəziyyətdən çıxış yolları düşünür:

“Partiyanın qərargahını saxlamaq üçün üzvlərimizə müraciət edəcəm. Müəyyən ianələr toplayaraq, hər hansı şəkildə qərargahı əlimizdə saxlamağa çalışacağıq. Gərargahsız işləyə bilməyəcəyik. Görünür, müəyyən insanların marağındadır ki, qərargahsız qalaq. Hətta uzun illərdir yerləşdiyimiz qərargahdan çıxarsalar belə, çadır qurub, orada işləyəcəyik”.

Hafiz Hacıyev onu da əlavə edib ki, koronavirus dönəmində 324 nəfər partiyanın üzvlüyünə qəbul olunub:

“Mən demək olar hər gün partiyanın qərargahında oluram. Evimizə yaxın olduğundan gedib-gələ bilirəm. Partiyanın rayon təşkilat komitələri ilə videokonfranslar keçiririk, qurultaya hazırlaşırıq. Problem olmasa, karantin bitən kimi hazırlıqları yekunlaşdırıb, payıza qədər qurultayımızı keçirəcəyik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru