"Harmancının nəyinə lazımdır ki, sən koronavirusa yoluxdun, yoxsa yox" — Rəşid Mahmudov

17-06-2020, 00:01           
"Harmancının nəyinə lazımdır ki, sən koronavirusa yoluxdun, yoxsa yox" — Rəşid Mahmudov
“Ümumdünya Səhiyyə Təşkilatı da elə Azərbaycan kimidir, orda da qaydalara riayət edən yoxdur. Onların bizim ölkələrə təyin etdikləri mütəxəssislərin əksəriyyəti isə savadsızdır”

Teref.az xəbər verir ki, bunu Tibb Universitetinin dosenti (ATU) Rəşid Mahmudov deyib. O, Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətini tənqid edib:


“Biz koronavirusa görə qaydalara riayət etməliyik. Məsafə saxlamalıyıq, görüşəndə öpüşməli deyilik. Amma bizim millətin əksəriyyəti qaydalara riayət etmir, görüşəndə öpüşürlər. Ümumdünya Səhiyyə Təşkilatı da elə Azərbaycan kimidir, orda da qaydalara riayət edən yoxdur. Onların bizim ölkələrə təyin etdikləri mütəxəssislərin əksəriyyəti isə savadsızdır. Hande Harmancının nəyinə lazımdır ki, sən koronavirusa yoluxdun, yoxsa yox. Gedib Qubada, Qusarda meşələrdə gəzir. Elə yaxşı edib gəzir, onsuz da onlar Azərbaycana istirahətə gəlib. Sonra da çıxıb üzr istəyir. Ələ salırlar bizləri? Belə edəndə əlbəttə, insanların koronavirusa şübhəylə yanaşacaqlar”.


Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancının Azərbaycanın bir sıra şəhər və rayonlarında tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimi günlərində şimal bölgəsində istirahətə yollanması ictimaiyyətdə müzakirələrə səbəb olub. (Moderator.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru