“Media kimi danışdırdığına diqqət etməlidir” – "Bu, ən həssas nüanslardan biridir"

28-06-2020, 09:26           
“Media kimi danışdırdığına diqqət etməlidir” –
Vüqar Zifəroğlu: “Media qaragüruhu, mövhümatı təbliğ etməli, geriliyə, mövhumata qapı açmalı deyil”

Artıq bir neçə aydır ki,ölkəmizdə pandemiyaya qarşı mübarizə davam edir. Hansı ki, bu mübarizənin əsasağırlığının həkim və polislərlə yanaşı, həm də medianın üzərinə düşdüyü birmənalıdır.Lakin təəssüflər olsun ki, bəzən pandemiyaya qarşı mübarizə ilə bağlı mediadasadəcə mütəxəssislərin deyil, həmçinin falçıların, ekstrasenslərin, müxtəlifmistik qüvvələrə, bacarıqlara malik olduğunu iddia edən şəxslərin də açıqlamalarınarast gəlinir. Pandemiya kimi həssas məsələdə falçı və ekstrasenslərə müraciətetmək, onların dedikləri əsasında ictimai rəy formalaşdırmaq nə dərəcədədoğrudur?

Moderator.az-a açıqlamaverən Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsinin dekanı,filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu bunu qeyri-peşəkarlıq kimidəyərləndirdi:

“Medianın fəlsəfəsindəmaarifləndirmə, bilgiləndirmə, aydınlatma durur. Media qaragüruhu, mövhümatı təbliğetməli deyil. Geriliyə, mövhumata qapı açmalı deyil. Mediamız “Əkinçi”dən bugünə qədər maarifçilik, ziyalılıq, aydınlıq üzərində qurulan media olub. BizimXIX əsrin sonu, XX əsrin əvvəllərində dərc olunan qəzetlərimizə baxsnız görərsinizki, orada dini mövhumat, qaragürühçuluq, gerilik hədəf seçilib, ona qarşımübarizə aparılıb. XXI əsrdə professional media mövhumata yer ayırmalı deyil. Buməsələdə dini aydınlatma ilə mövhumatı ayırmaq lazımdır. Dini maarifləndirməgözəl bir şeydir. Lakin biri də var ki, falçılar, ekstrasenslər təbliğ edirik. Bu,yolverilməzdir.

Peşəkar media mütəxəssisləridanışdırmalıdır. Ümumiyyətlə, media kimi danışdırdığına diqqət etməlidir. Bu,çox önəmli bir məsələdir. Bu məsələdə həssas olmaq lazımdır.

Doğrudur, bu cür mövzulardaha çox İP yığır, daha çox oxucu marağına səbəb olur. Amma bu, o demək deyilki, peşəkar media baxış sayı artsın deyə bu mövzulara müraciət etməlidir. Peşəkarmedia insanları maarifləndirməli, onları öz arxasınca aparmalıdır. Zərdabini, Üzeyirbəy Hacıbəylini, Cəlil Məmmədquluzadəni oxusunlar. Onlar din adı altında müxtəliffırıldaqlarla məşğul olan şəxsləri də ifşa edib. Peşəkar media öz işini bu yöndədavam etdirməlidir”.

Seymur ƏLİYEV












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.