Virusa yoluxan ATV-nin əməkdaşı nələri müşahidə etdi? - “Dəhlizdə gəzən bir xəstə səhər tezdən dünyasını dəyişdi”
29-06-2020, 00:30

Bir müddət öncə Covid19 testi pozitiv çıxan ATV-nin əməkdaşı Vüqar Bektaş müalicə olunaraq sağalıb. Yüngül simptomlarla xəstəliyi keçirən əməkdaşımız xəstəxanada yaşadığı və müşahidə etdiyi çətin anlardan danışıb. İzləyək.
Orda çox ağır keçirən xəstələr var idi. Orda sünii tənəffüs aparatına qoşulan xəstələr var idi. Dünyasını dəyişən xəstələr var idi. Axşamı dəhlizdə gəzən bir xəstə səhər tezdən dünyasını dəyişə bilirdi. Çünki saatbasaat vəziyyətləri dəyişirdi. Özünü otaqdan çölə atan xəstələr var idi boğuluram deyə.
Əməkdaşımız, ATV Aktualın aparıcısı Vüqar Bektaşın şirkət daxilində karonavirusdan qorunma tədbirlərinə çox ciddi və məsuliyyətlə yanaşmasının hər zaman şahidi olmuşuq. Çünki elə onun da işlədiyi Azad Azərbaycan Teleradio yayım kompaniyasında buna xüsusi fikir veriliur. ATV kanalına daxil olan hər kəs əvvəlcə xüsusi dezinfeksiya cihazından keçir və mütləq şəkildə fərdi qoruyucu vasitələrdən istifadə etməlidir. Həmkarımız deyir ki, ani diqqətsizliyin nəticəsidir ki, məndə covid19 testi pozitiv çıxdı. Amma buna harda yoluxduğunu özü də xatırlaya bilmir.
Vüqar Bektaş – ATV-nin əməkdaşı
Təsəvvür edin ki, boğaz quruyur. Ağız boşluöu quruyur qidanı udmaq üçün. Onu çeynirsən ağız boşluiğu o qədər qurudur ki o qida səni boğur. Bu qidanı əzib uduncaya qədər tər suyun içində olur. bədənin bir hissiə buza dönüb bir hissəsi qır qazanın içində qaynayır. Görmə Qabiliiyyəti zəifləyir rabitəsiz fikirlər səsəlndirirsən. Hələ bunlar ən yüngül xəstələrdə baş verir.
Əməkdaşımız karonavirusu yüngül keçirməsinə baxmayaraq ilk dəfə belə simptomları yaşadığını deyir. Həmkarımız xəstələrə göstərilən xidmətin, həkim fədakarlığının da öz gözləri ilə şahidi olub.
Vüqar Bektaş – ATV-nin əməkdaşı
Həkimlərə gəlincə mən söz tapmıram onların fədakarlığını necə ifadə edək. Bu insanlar səhər tezdən növbəni qəbul edərkən paltarları geyinirlər birdə axşam saat neçədə növbəni təhvil verərkən bir qurtum su belə içmirlər. Ayaqlarından tər süzülüb töökülürdü. Orda bir dərman var idi ki, bir qutusu 900 manat idi orda sistemlər var idi balaca bir şüşəsi 50-60 manat idi. Yəni bunu kim edir. bunu dövlət vətəndaş üçün təəşkil edib.
Həmkarımız Vüqar Bektaş Covid 19 virusuna qalib gələn və xəstəxanada yaşadığı dəhşətli anları qısa da olsa danışdı. Xəstəliyi ağır keçirməsə də orada gördükləri çox ağır mənzərədir. Bu mənzərənin içində olmaq istəmirsinizsə özünüzü və doğmalarınızı qoruyun.