“Separatçıların başçısı Qarabağdan qaçacaq” - deputat

20-11-2020, 09:44           
 “Separatçıların başçısı Qarabağdan qaçacaq” - deputat
“Deyirlər ki, noyabrın 10-dan bu yana Qarabağdan Ermənistana qaçan ermənilərin 3 mini Xankəndinə qayıdıb. Əvvəla, qayıdanların orada qalıb-qalmayacağı sual altındadır. Digər tərəfdən, Xankəndinə qayıdanların bir hissəsi müharibəyə cəlb edilmiş övladlarının cəsədlərini axtarmağa gəlib. Bəziləri bilmir ki, ermənilərin terrorçu silahlı birləşmələrinə cəlb edilmiş övladlarının durumu necədir. Bəziləri isə digər məqsədlər üçün qayıdıblar”.

Bu fikirləri Reyting.z-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Qarabağdakı müharibə zamanı Ermənistana qaçaraq son günlər Xankəndinə qayıdan ermənilərdən danışarkən deyib.

R. Musabəyov əlavə edib ki, ermənilərin özlərinin də qiymətləndirmələrinə görə, çağırışla gələn ordu Qarabağı tərk etməlidir: “Eləcə də Kəlbəcər, Laçın və Ağdamda qalan ermənilər də bu ərazilərdən çıxmalıdır. Mənim ehtimalıma görə, bu qış Dağlıq Qarabağda 20-30 min erməni qalar ya qalmaz”.

R. Musabəyov Dağlıq Qarabağdakı separatçı rejimin lideri Arayik Harutyunyanın bölgədə olan rus sülhməramlılarının komandirləri ilə mütəmadi görüşü və bunun hansı məna daşıdığına da aydınlıq gətirib: “Bu adam indi erməni icmasının rəhbəri statusundadır. Bundan uzağa gedən statusu və ya vəzifəsi yoxdur. Onu nə tanıyan, nə də onunla söhbət edən var. Sadəcə, praktik olaraq orada rus sülhməramlıları mövcuddur. Rus komandirlər də kiməsə tapşırıq verməli, kiməsə qadağa qoymalıdır. Üstəlik, kiminsə vasitəsilə əhali ilə işləməlidirlər. Arayik də bir növ yerli administrasiya kimi bir şeydir. Yəni o, erməni icmasının rəhbəri statusuna uyğun gəlir. Bundan artıq hər hansı xüsusi statusa malik ola bilməz”.

Deputat xatırladıb ki, Azərbaycan dövlətinin barəsində cinayət işi açdığı Arayik Harutyunyan əslində biznesmendir: “Sözsüz ki, pulu da var. Məncə, ara sakitləşən kimi o da Rusiyaya gedəcək. Hələlik onu Xankəndində saxlayırlar. Paşinyan da onun qalmasında maraqlıdır. Getsə, ora başsız qalacaq. Arayik də indiki vəziyyətdə qaçsa, biabır olacaq. Ona görə də hələlik qalır, amma onun daha burada qalmaq marağı olmayacaq. Çünki artıq pul qazanmaq imkanı yoxdur. Əskinə, indi pul xərcləməli və hər an başına güllə dəyməsi qorxusu ilə yaşamalısan. Amma məqam yetişdikdə və qaçmaq mümkün olduqda Arayik Harutyunyan aradan çıxacaq”.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.