“Ermənistan hakimiyyəti müharibəni yaxınlaşdırmaq üçün hər şeyi etdi” - Robert Koçaryan

5-12-2020, 03:22           
“Ermənistan hakimiyyəti müharibəni yaxınlaşdırmaq üçün hər şeyi etdi” - Robert Koçaryan
“Əminəm ki, hakimiyyət müharibəni qaçılmaz etmək üçün hər şeyi edib”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş prezidenti Robert Koçaryan deyib. Bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.

“İlk növbədə danışıqlar prosesi dalana dirəndi və bu bilərəkdən edildi. Qarşılıqlı təzadlı bəyanatlarımızla həmsədrlərin erməni tərəfinin nə istədiyini bilmədikləri bir vəziyyət yaratdıq.

Ermənistanın çıxılmaz vəziyyət yaratmaq üçün hər şeyi etdiyinə dair təəssürat yarandı. Müharibə danışıqların Ermənistan tərəfindən pozulduğuna heç kimin şübhəsi qalmadığı vaxtda başladı”, - deyə R.Koçaryan bildirib.

Koçaryan sabiq müdafiə naziri David Tonoyanın "yeni ərazilər üçün yeni müharibə" açıqlamasını da tənqid edib:

"Nazirin bu çıxışı Azərbaycan üçün real təhlükə yaratdı. Belədə Türkiyə qısa müddətdə bu təhlükənin qarşısını almaq üçün Azərbaycanın müdafiəsinə keçdi".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru