Tanınmış həkim pullu təhsilə etiraz etdi: "Bizdəki elm büdcədən pul oğurlayır"

23-01-2021, 10:50           
Tanınmış həkim pullu təhsilə etiraz etdi: "Bizdəki elm büdcədən pul oğurlayır"
"Təhsil pulsuz olmalıdır. O qədər qabiliyyətli insan görmüşük ki, universitetə qəbul olub amma imkansızlıqdan, təhsil haqqını ödəyə bilmədiyinə görə ali təhsil ala bilməyib, bundan məhrum olub və onun timsalında cəmiyyət bir yaxşı insanı, mütəxəssisi itirib".

Cebhe.info xəbər verir ki, bu sözləri tanınmış həkim, Azərbaycan Həkimlər Birliyi İdarə Heyətinin üzvü, ATU-nun Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev deyib.

O bildirib ki, təhsil təhsil olmalıdır, arxasında bilik dayanmayan diplom yox:

"Təhsil alanda belə adam çətin formalaşır, o ki qaldı təhsil almaya. Məncə orta və ali məktəblərdə insanlıq, vicdan dərsi də keçilməlidir! Bir deyim var: alim olmaq asandır, adam olmaq çətindir. Həqiqi oxumuş insanla oxumayan çox fərqlənir! Həqiqi oxumuş insanların içərisində oxumamışlara nisbətən oğru, quldur, narkoman, rüşvətxor, satqın, şərəfsiz, vicdansız, cahil, maşının təkərin qaldırıb avtoşluq edən, piyada keçidində insanlara yol verməyən, küçələri zibilləyən və s. adam az olur! Lakin bir çox hallarda diplomlu bilgisiz, savadsız adamlar bilgili adamlara rəhbərlik edir təəssüflər olsun ki. Buna deyirlər dəvəni eşşəyin quyruğuna bağlayırlar. Cənubi Koreyada elm-texnika dövlət büdcəsinə trilyonlarla vəsait gətirir, bizdəki “elm” büdcədən pul oğurlayır! Birmənalı olaraq bir dövlətdə irəli getmək üçün meyar elm, bilgi, insanlıq, vicdan, vətənpərvərlik olmalıdır. Əks halda tənəzzül qaçılmazdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru