İqbal Ağazadə: “Siyavuş Novruzov tələbələrlə bağlı bu fikri bilərəkdən səsləndirib”

25-01-2021, 10:17           
İqbal Ağazadə:
“İqtidarda hamı ağıllı danışsaydı, pisi kimin ayağına yazardılar? Bəzi adamlar ona görə belə danışırlar ki, pislikləri onların ayağına yazsınlar. Axı pis işlər kimlərinsə arasında bölünməlidir”.

Teref.az-ın xəbərinə görə, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

İ.Ağazadə bildirib ki, bu missiya daha çox parlamentin üzərinə düşür: “Siyavuş Novruzov bilmir ki, tələbə olmayan özünə iş tapa bilmir, tələbə haradan tapacaq? Bilərəkdən deyir. Ona görə deyir ki, desinlər, Siyavuş Novruzov pisdir. Parlamentin yararsız obrazını yaradıblar. Cəmiyyət parlamentin yararlı olduğunu görərsə, oraya yararlı insanın seçilməsi üçün dəridən-qabıqdan çıxar. İndi isə deyirlər ki, parlamentdə oturan o adamlardırlarsa, nəyə lazımdır?! Ona görə parlamentə kiminsə seçilməsi üçün mübarizə aparılmır. Düşünürlər ki, boş-boş danışırlar, nəyi həll edirlər ki?! Sistemi bu şəkildə mənasızlaşdırırlar”.(Pravda.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru