Azərbaycanlılar 3 saatdan yox, 40 gündən bir maska dəyişir- EKSPERT

16-04-2021, 10:28           
Azərbaycanlılar 3 saatdan yox, 40 gündən bir maska dəyişir- EKSPERT
"Keçən ilin mart ayından bu ilin martına qədər ölkədə 77 mln. 600 min tibbi maska satılıb. Tibbi maskaların hər 2-3 saatdan bir dəyişmək lazım olduğu deyilir, ölkədə 1 il ərzində hər vətəndaş gün ərzində, ən azı, 3 maska dəyişməli idi. Deməli, gün ərzində 8,5*3= 25,5 mln. ədəd, ay ərzində 765 mln. ədəd, il ərzində isə 9 mliyard 180 mln ədəd maska istifadə edilməli idi. Bizdə 1 ilə 77,6 mln. maska satılıb, ilə 1 nəfərə 9 maska düşür. Deməli, orta statistik vətəndaş 40 günə 1 maska istifadə edib – bu bilirsiz nə deməkdir?! Maskadan belə istifadə nəinki virusdan qorumur, hətta yeni xəstəliklər üçün şərait yaradır”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, ölkə əhalisinin 10 yaşa qədər olan vətəndaşların maska taxmadığını (əsasən, amma məktəblər açıq olanda taxırdılar) nəzərə alsaq, deməli, təqribən, 8,5 mln. əhali il ərzində maska taxmalı idi:

Natiq Cəfərlinin sözlərinə görə, əhaliyə pulsuz maska paylanılmalıdır:

"Qapalı məkanlarda, nəqliyyatda maska taxmaq həm zəruri, həm də sağlamlıq üçün təhlükəsiz olsun. Hər vətəndaşa, heç olmasa, aya 10 maska pulsuz verilməlidir, camaat polisin, cərimənin qorxusundan və pulsuzluqdan 1 maskanı 40 gün taxır, bu zülmdür, gələcək böyük sağlamlıq problemlərinin təməlidir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.