Fazil Mustafa: “Azərbaycan vətəndaşı olan ermənilərin festivalda "Nune"dən-zaddan bir şey oxuyacağı ümidi ilə...”

13-05-2021, 11:05           
Fazil Mustafa: “Azərbaycan vətəndaşı olan ermənilərin festivalda "Nune"dən-zaddan bir şey oxuyacağı ümidi ilə...”
“Şuşada, Cıdır Düzündə “Xarıbülbül” musiqi festivalı yüksək səviyyədə təşkil olunub. Kompozisiyanı çox bəyəndim. Cocuğun "Bayatı Şirazı" canımızı yaxdı. Ən çox bəyəndiyim də Azərbaycanda yaşayan bir çox xalqların dilində mahnı və rəqslərin ifası idi”.

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.
F.Mustafa qeyd edib ki, əsl mədəniyyət nümayişi budur: “Burada həm də ermənilərə göndəriş var: Axmaq-axmaq fikirləri, ideyaları başınızdan çıxarıb qarışın insan cəmiyyətinə, silahınızı yerə qoyub hamı ilə bir yerdə insan kimi sevinməyi öyrənin. Önümüzdəki ilə Azərbaycan vətəndaşı olan ermənilərdən ibarət ansamblın bu festivalda "Nune"dən-zaddan bir şey oxuyacağı ümidi ilə. Keçmişin acılarını unudub onları da alqışlayarıq. Təki bu dövlətin bayrağı altından keçib, ona bir daha xəyanət etməsinlər. Orada hamı xoşbəxt idi. Xoşbəxtliyi ən çox üz ifadəsindən oxunanlar isə Prezident və xanımı idi. Allah bir də bu millətə Vətən torpağının itkisini yaşatmasın. "Vətəni sevməyən insan olmaz. Olsa da ol şəxsdə vicdan olmaz!" Mərhum Abbas Səhhət nə qədər möhtəşəm və əbədi bir Azərbaycana-bu müqəddəs Vətənə sevgi formulunu miras qoyub bizə”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.