Deputat etiraz etdi: "İnsanların bir qisminin taksiyə verməyə pulu yoxdur"

20-07-2021, 12:33           
Deputat etiraz etdi:
“Türkiyənin dəyanət işlər başqanının icra etdiyi bayram namazına qiyabi olaraq qatıldım və xütbəsini dinlədim. Nə qədər anlamlı və gözəl mesajlar verdi. Dindən, həyatdan, siyasətdən. Bu bayram da faydalı sözlərin eşidilməsi üçün bir fürsətdir. Kipr Barış hərəkatından danışdılar, "İstiqlal" marşının sözləri ilə Türk insanının daha da əzmli olmasını təlqin etdi. İstər camiyə gələn, istər də canlı yayında izləyən insanlar üçün çox düşündürücü, anlamlı bir xütbə oldu. Azərbaycanda 44 günlük savaşdan sonra ilk Qurban bayramı idi. Hələ savaş risqi də tam mənası ilə ortadan qalxmayıb. Bəlkə siyasət, din başbilənlərimiz bunu da düşünəydilər. Cəmiyyətə Vətənə sevgi, şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı, mehribançılıq, həmrəylik mövzusunda pozitiv bir şeyləri hələ də Türkiyədəki ahənglə deyə bilmirik”.

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

“Böyük dövlət olmanın şərtlərindən biri də budur. Hər sahədə dövlət-vətəndaş münasibətlərinin canlı tutulmasına çalışmaq vacibdir. Bu cür bayramları başdansovdu yola vermək olmaz. Din təkcə qutu qoyub nəzir yığmaqdan ibarət deyil ki? Bu həm də dövlətin ən önəmli sütunudur, məhz bu sütun sağlam təmələ oturmadığına görə hər an binamızın uçma təhlükəsini hiss edirik. Üstəlik də ictimai nəqliyyatın bayram günlərində işləməsini qadağan etməklə, təkcə Allahın bayramına deyil, Allahın vətəndaşına da başdansovdu yanaşıldığını görürük. Olmaz. İnsanların bir qisminin taksiyə verməyə pulu yoxdur. Belə günlərdə də qiymətləri taksilər kəlləçarxa çıxarırlar. Vətəndaşa bayram əvəzinə hüsran yaşatmaq olmaz. Bu mənasız qərarlardan da uzaq durmaq lazımdır. Nə isə, gedib qurbanlarımızı kəsdirib paylayaq, Allah hər kəsin niyyətinə görə əməlini qəbul etsin!” – F.Mustafa qeyd edib.шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.