Azərbaycanlı alim dərman kəşf etdi: - “Delta” ştammından qoruyur

2-08-2021, 15:57           
Azərbaycanlı alim dərman kəşf etdi: -
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 671 yeni yoluxma faktı qeydə alınıb. 202 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından dörd nəfər ölüb. İndiyədək ölkədə ümumilikdə 344 520 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 128 nəfər müalicə olunaraq sağalıb, 5 027 nəfər vəfat edib, aktiv xəstə sayı 6 365 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 400, ötən müddət ərzində isə ümumilikdə 4 043 740 test aparılıb.

Yenicə rahat nəfəs almağa başlamışdıq ki, iki ildir tanıdığımız COVİD bunu bizə çox gördü. Arzuolunmaz tendensiyaya uyğun olaraq yenidən qapanmalar gözlənilir. Ən vacib sual isə bu bəladan canımızın nə vaxt qurtaracağıdır...

“Sherg.az” olaraq bu və digər məqamlarla bağlı həkim-oftolmoloq Paşa Qəlbinurla söhbətləşdik:

- Artan yoluxma faktı nələr vəd edir?

- Bu tendensiya təkcə ölkəmizdə yox, bütün dünyada müşahidə olunur. Koronavirusun canlar aldığı məlumdur. Deməli, onunla zarafat olmaz. Amma qaydalara əməl etmək kifayətdir ki, COVİD-in qurbanına çevrilməyəsən.

- Növbəti qapanma barədə nə düşünürsünüz?

- Əgər yoluxma bir az da artsa, bu, zəruri olacaq.

- Vaksinlə bağlı müxtəlif iddialar var...

- Həmin iddiaların heç birinin məntiqi əsası yoxdur. Çip və s. kimi şayiələr həqiqətə uyğun deyil. Bütün əzizlərimə, Azərbaycan xalqına peyvənd olunmağı tövsiyə edirəm.

- “Delta” ştammı ilə bağlı deyirlər ki, müalicəsi yoxdur. Mütləq insanın gözü çıxarılmalıdır. Bu nə qədər doğrudur?

- Hər ştammın öz səciyyəvi xüsusiyyətləri var. Məsələ ondan ibarətdir ki, viruslar ağzın, burunun və gözün selikli qişası ilə keçə bilir. Və “Delta” ştammı daha çox üçüncü ilə yoluxur.

- Necə qorunmaq olar?

- Vaxı ilə mənim kəşf etdiyim “Aktipol” preparatı gözü radiasiyadan mühafizə edir. Dünya alimləri də təsiqləyiblər ki, həmin dərmanı koronavirusun bütün versiyalarına qarşı istifadə etmək olar.

- Nə vaxt bu xəstəliklə birdəfəlik vidalaşa biləcəyik?

- Bunu dəqiq demək çətindir. Ən ciddi pandemiyalar, o cümlədən vəba xəstəliyi dörd il davam edib. İnanıram və ümid edirəm ki, mövcud qaydalara əməl etməklə biz COVİD-ə daha tez qalib gələ biləcəyik.шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.