“Qadın uşağa verdiyi südün pulunu kişidən istəyə bilər”

21-10-2021, 10:51           
“Qadın uşağa verdiyi südün pulunu kişidən istəyə bilər”
“Millət vəkili ev işləri ilə bağlı qadına ödəniş olunması ilə bağlı fikrini deyib. İndi bunu hoydu-hoyduya tutublar. Qadını evdə işlədib və bu onun "borcudur" təfəkküründə olan insanlarla çox uzağa getməyəcəyik. Həyatı bölüşmək lazımdır”.

Pravda.az-ın xəbərinə görə, bunu tanınmış jurnalist Tural Yusifov bildirib.

T.Yusifov qeyd edib ki, qadının işi yalnız ev olmamalıdır: “Qadın oxumalıdır, işləməlidir. Kişi yalnız ehtiyyat hissəsidir. Məsələ qadının üzərində qurulub. Bu arada, özünə müsəlman deyən toplum islamda olan bir neçə məsələni unudub, deyəsən. Qadın uşağa verdiyi südün pulunu kişidən istəyə bilər. Kişi qazancını qadınla mütləq bölməlidir. Qadın isə kişi ilə bölməyə bilər. Əgər İslam dinindən danışırıqsa, İslam da bunu deyir. Yalnız millət vəkili deyil. Ömründə kişi bir dəfə ağzını düz sözlə açdı, seksist söhbətlər basıb aləmi. Qadın seksual obyekt, hisslərimizin təmin olunması, ev işləri görüb uşaqlara baxan varlıq deyil. Qadına qul kimi baxan onu dünyaya gətirən anaya çevrilib baxsın. Qadın həyat verir. Həyata yalnız lağ-lağı prizmasından baxmaq lazım deyil. Yumor hissiniz zəif, zarafat obyektiniz isə səhvdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru