“Moskvanın bir neçə cəbhədə hərbi əməliyyatlar aparmağa nə gücü, nə də qabiliyyəti var...” - Etibar Məmmədov

13-11-2021, 15:34           
“Moskvanın bir neçə cəbhədə hərbi əməliyyatlar aparmağa nə gücü, nə də qabiliyyəti var...” - Etibar Məmmədov
Son günlər bəzi media vasitələri və sosial şəbəkələrdə belə məlumatlar yayılır ki, guya türklər Suriyada Rusiyaya sərf etməyən məntəqələrə, yəni “PKK”-“PYD” mövqelərinə planlaşdırdığı genişmiqyaslı hücumu həyata keçirsə, ruslar da Qarabağda ermənilərlə bərabər hücum edib Şuşanı alacaqlar.

Moderator.az-a açıqlamasında AMİP lideri Etibar Məmmədov belə məlumatların heç bir əsası olmadığını bildirib.

“Hesab edirəm ki, bu, əsassız, inandırıcı olmayan bir məlumatlardır. Həm də ona görə ki, Türkiyənin Suriyadakı hərbi əməliyyatlarıyla Azərbaycan torpaqlarındakı, konkret Şuşadakı proseslərin əlaqələndirilməsi yersizdir. Ən başlıcası, Rusiyanın Qarabağda hər hansı bir hücum əməliyyatı aparmaq üçün heç bir qanuni səlahiyyəti və qüvvəsi yoxdur. Eyni zamanda Moskvanın bir neçə cəbhədə hərbi əməliyyatlar aparmağa nə gücü, nə də qabiliyyəti var...”- deyə Etibar Məmmədov vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru