“Ruslar 60 nəfər təxribatçını xahiş-minnətlə bizdən aldılar” - BU NƏ VAXTA QƏDƏR DAVAM EDƏCƏK?

17-11-2021, 17:47           
“Ruslar 60 nəfər təxribatçını xahiş-minnətlə bizdən aldılar” - BU NƏ VAXTA QƏDƏR DAVAM EDƏCƏK?
“Son vaxtlar Minsk qrupunun həmsədrləri olan Rusiya, Fransa və ABŞ regionda Ermənistanı müdafiə etməyə, İrəvanın əli ilə müəyyən təxibatlar törətməyə və nəticə etibarilə Qarabağın dağlıq hissəsindəki separatçıların statusunu gündəmə gətirməyə çalışırlar”.

Bu sözləri politoloq Qabil Hüseynli Azərbaycan-Ermənistan sərhədindəki toqquşmalarda Rusiyanın rolu ilə bağlı Bizim.Media-ya verdiyi müsahibəsində qeyd edib.

Politoloqun fikrincə, sərhəddə baş verənlərin başlıca səbəbi Azərbaycanla danışıqlara başlamadan öncə Paşinyanın əlini gücləndirmək üçün sərhəddə müəyyən lokal uğurların əldə edilməsinə nail olmaqdır.

- Toqquşmaların baş verdiyi Laçın və Kəlbəcər rayonlarının Ermənistanla sərhəd bölgələrində rus hərbçilərinin nəzarətində deyil. Necə düşünürsünüz, təxribatların məhz bu istiqamətdə baş verməsinə səbəb nədir?

“Rusiya “sülhməramlılar”ı bölgədə baş verən, demək olar ki, bütün proseslərin içərisindədir. Qaragöl ətrafında baş verən hadisələr rus hərbçilərin gözü qarşısında baş verib. Onlar güman edirdilər ki, 60 nəfərlik təxribatçı heyət Qaragöl ətrafındakı hərbçilərimizi sıxışdıracaqlar. Amma bu baş vermədi və Azərbaycan ordusu həmin qrupu tərksilah etdikdən sonra rus hərbçilər bölgədə peydə olaraq, təxribatçıları hərbçilərimizdən minnət-xahişlə geri aldılar”.

Qabil Hüseynli sərhəddə baş verən gərginlikdə digər önəmli nünasa da diqqət çəkib:

“Ümumiyyətlə, Laçın və Kəlbəcər bölgəsində sərhədlərə hücum edən ermənilər ağır silahlardan və artileriyadan da istifadə edirdilər. Düşünürəm ki, İrəvan Azərbaycana Rusiyanın yardımı ilə ordusunun reformasiya edilməsi istiqamətində görülən tədbirləri nümayiş etdirməyə çalışırdılar.

Bununla da erməni silahlı qüvvələrinin artan atəş qüvvəsini də təsiri ilə onlar qüvvələrimiz üzərində üstünlük qazana biləcəklərini düşünürdülər. Lakin bu da baş vermədi. Azərbaycan ordusu tərəfindən burunları ovulan erməni silahlı qüvvələri dabanlarına tüpürərək xeyli silah-sursatı geridə qoyaraq qaçdılar”.

Nəticə göz qabağındadır. Düşmənin 13 hərbçisi və xeyli sayda silah-sursat bizim əlimizdədir. Son məlumatlara görə, iki strateji yüksəklikdə qəhrəman əsgərlərimiz bayrağımızı ucaldıblar. Erməni tərəfi isə əlavə olaraq 24 hərbçisinin itkin düşdüyünü deyir və hələlik etiraf etdiklərinə görə bir nəfərləri döyüşlərdə öldürülüb. Gerçək isə odur ki, bu 24 nəfəri itkin elan etməklə xalqın qəzəbindən sığortalanmağa çalışırlar. Çünki hələ keçən ilki II Qarabağ Müharibəsindən morqlarda çürüyən cəsədləri var.

Azərbaycan dövləti isə xalqından heç nə gizlətmir: Son döyüşdə 7 şəhid vrmişik və 10 yaralımız var.

Allah şəhidlərimizə rəhmət eləsin, yaralı əsgərlərimizə isə təcili şəfalar diləyirik!












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.