"Mənim heç nəyə ehtiyacım yoxdur" - Rəmişin mirası DAVASI...

27-11-2021, 10:04           
"Mənim heç nəyə ehtiyacım yoxdur" -
Mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) qardaşı Vaqif Hüseynov onun xanımı Gülüdən şikayət edib.

"Elgizlə izlə" proqramına açıqlama verən V.Hüseynov gitara ifaçısının qızlarının vəziyyətinin pis olduğunu, Gülünün onlara Rəmişin mirasından pay verməli olduğunu deyib. Gülü isə onun sözlərini cavabsız qoymayıb. O bildirib ki, Rəmişdən bircə ev qalıb, o isə Gülüyə hədiyyə olunub: "Nə pay verməliyəm ki, onlara? Ev mənə hədiyyədir, adını çəkə bilməzlər, mənim vaxtımda alınıb. Rəmiş vaxtında onlara ev alıb vermişdi. O vaxt onların anası ilə yaşayanda 2 otaqlı ev verib. Maşın Rəmişin adınandır, ev isə mənim. Maşın vərəsələr arasında bölünə bilər".

Gülü əlavə edib ki, Rəmiş sağ olanda qızlarına maddi yardım edib.

Xatırladaq ki, mərhum sənətkarın ölümündən sonra bu tip müzakirələr səngimir. Görünən odur ki, Rəmişin mirası ətrafında qalmaqal bitmir.

Mərhum sənətkarın həyat yoldaşı Gülü xanım son günlər yaşadıgı qalmaqallar, həmçinin hazırkı vəziyyətilə bağlı saytımıza danışıb.

-Gülü xanım, necəsiz?

- Çox sağ olun, siz yaxşı olasınız (gülümsəyir).

- Özünüzü necə hiss edirsiniz?

- Rəmişsiz günüm necə olar?!Onsuz mənim üçün hər şey çətindir. Hava almaq da çətindir... Həyat her şeyi gərək mənim başımda göstərəydi, nə bilm...

- Yaşayışınız hazırda necədir, kiminlə qalırsınız?

-Hamı necə yaşayır mən də elə. Tək qalıram. Heç kimim yoxdur, kimim var ki? Bir Allah, bir də gözəl insanlar var.

- Gəlir yeriniz varmı? El dilində desək, dolanışığınız varmı?

- Mənim heç nəyə ehtiyacım yoxdur. Pensiya alıram, bu, mənə dolanmaq üçün bəs edir.

- Mərhum həyat yoldaşınızın dost- tanışlarından sizə baş çəkənlər olur?

- Kimsə gəlmir, ancaq zəng edib, yoxlayırlar. İki qardaşım var, onlar hər baxımdan mənə kömək edirlər. Mən Rəmişi yenə sevirəm. O, mənim üçün rəhmətə getməyib. Mənim yanımdadır, hər gün onunla danışıram. O biri dünyaya köçəndə ona sevgimi aparacağam. Rəmiş mənim həyatımdır, gözümün işığıdır, döyünən ürəyimdir, nəfəsimdir. Rəmişi heç unutmaq olar?!

-Yuxularınıza gəlirmi?

-Tək- tük hallarda, nə vaxt ki, mən narahat oluram, onda yuxularıma gəlir.

- Bu yaxınlarda mediada Rəmişin mirası ilə bağlı söhbətlər getdi...

-Rəmişin övladları neçə illərdir ki, gəlib onu yoxlamırdılar. Qətiyyən zəng belə edib, axtarmırdılar. Rəmiş üç dəfə xəstəxanada yatdı, maraqlanmadılar, rəhmətə getdi, gəlmədilər. Dəfnə də gəlmədilər. Onlar haqda çox danışmaq istəmirəm. Efirə çıxıb mənim adımı çəkirlər. Çox sağ olsunlar ki, məni unutmurlar. Qoymurlar ki, xalq da məni unutsun. Sağ olsunlar, məni hamının yadına salırlar. Buna görə onlara təşəkkür edirəm.

-Rəmişin digər həyat yoldaşı da olub. Bəs həmin övladlarından xəbər varmı?

- Rəmişin qanuni, zakslı, hökumət “peçat”ıyla həyat yoldaşı mənəm. O vaxtı da mənə bu barədə sual vermək istədilər, danışmaq istəmədim. Heç kimin adını çəkmək istəmirəm. Mən onları tanımıram, tanımaq da istəmirəm.

- Buradan demək istədiyiniz söz varmı?

- Başımı aşağı salıb, dolanıram. Hər gün Rəmişimlə evdə söhbət edirəm. Allah Prezidentimizə can sağlığı versin. Ölkəmizi Allah qorusun. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı, şəfa arzu edirəm. Mən öz gücümə ayaq üstə duran qadınam. Qorxaq deyiləm, mərd, ürəkli qadınam. Heç kimdən qorxmuram. Bircə Allahdan qorxuram, başqa heç kimdən, heç nədən qorxum yoxdur. Hər kəsə can sağlığı arzu edirəm. Var olun, siz də məni yada salırsınız.
Cebhe.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.