“Həmin xəbər aparıcılarının imzaları olan bir reportajları varmı?” - ETİRAZ

1-12-2021, 18:14           
“Həmin xəbər aparıcılarının imzaları olan bir reportajları varmı?” - ETİRAZ
Media eksperti Zeynal Məmmədli Moderator.az-a açıqlamasında ölkədə baş verən hər hansı ölüm, qəza, şəhid xəbərlərini aparıcılarımızın gülümsəyərək, sıradan adi bir xəbər kimi təqdim etdiyini bildirmişdi. Qeyd etmişdi ki, ya onlar nəyi təqdim etdiklərini anlamırlar, ya da da dərk etmirlər.

Mövzu ilə bağlı Moderator.az-a danışan aparıcı-jurnalist Vüsalə Kərimova bildirdi ki, o xəbər aparıcılarının ki, müxbir kimi təqdim edəcəkləri bir reportajları yoxdursa, o zaman belə “diktor”-ların umuduna qalacağıq:

“Xəbəri təqdim edən aparıcılar nə səsləndirdiklərini və nəyi səsləndirdiklərini dərk etməlidirlər. Əgər bir xəbər aparıcısı təqdim etdiyi xəbəri dərk edərsə əlbəttə ki, o kədəri kədər kimi, sevinci isə sevinc kimi təqdim edəcək. Ölüm, şəhid, qəza xəbərini emosiyasız, gülümsəyərək təqdim etmək aparıcının xəbəri dərk etməməsindən irəli gəlir. Bu onu bir daha sübut edir ki, o efirə təqdim etdiyi xəbəri özü yazmayıb. Ona xəbəri hazır yazıb veriblər, o da diktor olaraq təqdim edib. Belə olduğu halda özü də nə oxuduğunu dərk etməyib. O, daha çox özünün necə görünməsinə, ağzının açılıb yumulmasına fikir verib və xəbərin mahiyyətini unudur. Ona görə də belə hallar baş verir. Peşəkar aparıcının qəzetdən, jurnalistikadan başı çıxmalıdır. Müxbirliyi bacaran xəbər aparıcısı şəhid xəbərini gülümsəyərək təqdim etməz.
O, aparıcıların efirə təqdim etdiyi xəbər blokuna yox, onların imzaları olan bir reportajlara baxın. Əgər belə bir reportajları yoxdursa, onların xəbər aparıcılığı etməsinin də mahiyyəti bu olacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.