“Şirlərə bir baş qoyun rəhbərlik edirsə, bu şirlər qoyun sürüsünə çevrilir” – Ermənistanın sabiq BQ rəisi

10-12-2021, 17:54           
“Şirlərə bir baş qoyun rəhbərlik edirsə, bu şirlər qoyun sürüsünə çevrilir” – Ermənistanın sabiq BQ rəisi
“O ifadə verənlərin heç biri ordudan olmayıb, vilayət rəisinin topladığı Gümrü könüllüləri olublar”.
Ordu.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, ölkənin keçmiş baş hərbi müfəttişi Movses Hakobyan “İbtidai istintaq, yoxsa bu cür qorxaq əsgərlərimiz olması baxımından ordu nüfuzdan salınır?” sualına cavab verərkən deyib.

Onun sözlərinə görə, noyabrın 10-da imzalanan sənədə görə, Ermənistanın dövlət başçısı azərbaycanlılara yol verməyi öhdəsinə götürüb, buna nəzarəti başqa ölkə həyata keçirəcək.

Hakobyan qeyd edib ki, yola Rusiya sərhəd qoşunları nəzarət edəcək.

60 nəfər erməni hərbi qulluqçunun 4-5 Azərbaycanlı hərbi qulluqçuya təslim olması ilə bağlı verilən suala Hakobyan belə cavab verib: “Sürüyə şir rəhbərlik edirsə, o, şir balalarına çevrilir, şirlərə bir baş qoyun rəhbərlik edirsə, bu şirlər qoyun sürüsünə çevrilir”.

Alpər Mövludoğlu
Ordu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru