Los- Angelos orkestrının fəxri üzvü olan azərbaycanlı ifaçı: "Hədəfim ölkəmizi layiqincə təmsil etməkdir"

18-12-2021, 11:15           
Los- Angelos orkestrının fəxri üzvü olan azərbaycanlı ifaçı:
O, həm skripka, həm də vokal ifaçıdır. Dünyanın bir çox ölkələrində festivallarda ölkəmizi təmsil edir. Hazırda isə 16 yaşlı Nail Qurbanov Los-Angelesdə 12 illik “Palisades charter High school”un 11-ci sinfində təhsil alır. Amerikada keçirilən bir neçə beynəlxalq festivalda ölkəmizi təmsil edib. İndi isə dünya üzrə keçirilən ən reytinqli müsabiqələrdə Azərbaycan bayrağını dalğalandırmağı arzu edir. İtaliyan, ingilis, rus və fransız dillərində sərbəst danışan müsahibimiz Los-Angelos gənclər orkestrının fəxri üzvüdür.

- Amerikada orta məktəb tədris prosesi bizim məktəblərdən nə ilə fərqlənir?


- Burada hər məktəbin özünə görə təlim və tədris sistemi var. Mənim təhsil aldığım məktəbdə dərs sistemi sərbəstdir. Burada da təhsil bal sistemi ilə, müəllimlə və şagird arasında diskusiya formatında kecirilir. Müəllim dərsi izah edir, daha sonra sinif tapşırıqlarını edirik. Bəzən şagirdlər birlikdə hər hanası mövzunu müzakirə edib, tapşırığı bitirir. 2 həftədən bir keçdiyimiz mövzularla bağlı testlər edirik. Bəzən dərsi maraqlı etmək üçün müəllim dərsi pyuna çevirə bilir. Testlərin cavabi balla qiymətləndirilir və sadəcə elektron gündəliyə yazılır, hansı ki, şagirdin valideyni onu istədiyi zaman görə bilir. Şagird dərsə girməyəndə belə valideyn bundan xəbər tutur.


Daha bir məsələ, koronavirus pandemiyasına görə məktəblərdə şagirdlərə yemək verirli. Çünki məlum məsələdir ki, pandemiya səbəbindən bir çox ailələr maddi baxımından çətin vəziyyətdə yaşayır.

Siniflərdə müxtəlif irqlərdən olan şagirdlər təhsil alır və onların arasında heç bir ayrı-seçkilik qoyulmur. Həmçinin məktəb bütün şagirdləri fərdi şəkildə kompüterlə təmin edir. Kim istəsə öz kompüterini evə də apara bilər. Məktəbdə pulsuz internet var. Lakin buna baxmayaraq bir sıra sosial şəbəkələr, o cümlədən "whatsapp", "Netflix", "Instagram" kimi şəbəkələr bağlı olur.
Mənim məktəbimin ərazisi çox böyükdür. Burada böyük futbol meydançası, güləş zalı, üzgüçülük meydançası, ağırlıq qaldırma zalı, basketbol, tennis meydançası var.

- Maraqlıdır, Amerikada hansı yaş həddindən sonra maşın sürməyə icazə verilir?


- Amerikada 15 yaşından sonra şagirdlərə maşın sürməyə icazə verilir. Hətta bunun üçün şagird və müəllimlər üçün ayrıca dayanacaq yerləri var.

- Amerikada təhsil sistemi neçə pilləyə bölünür?


- Burada təhsil sistemi 3 pilləyə bölünür – ibtidai sinif (1-5-ci sinif), orta təhsil (6-8-ci sinif), yuxarı sinif (9-12-ci sinif).

Məktəbimizdə mühafizəçilər var. Həmçinin hər yerdə kameralar mövcuddur. Şagird tualetə getmək istəyirsə, bunun üçün sənəd doldurur ki, məktəb bilsin şagird hansı saatda sinifdən çıxıb. Bütün bunlar şagirdlərin təhlükəsizliyi üçündür. Əgər valideyn məktəbə daxil olmaq istəyərsə, bunun üçün mütləq baş ofisə müraciət etməlidir.

- Bəs hədəfləriniz nələrdir?

- Hədəfim Azərbaycanı dünyada layqiincə təmsil etməkdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.