"Tiflis dura-dura Azərbaycanda qumar oynamayacaqlar" - Partiya sədrindən deputatın təklifinə REAKSİYA

20-12-2021, 17:59           
"Tiflis dura-dura Azərbaycanda qumar oynamayacaqlar" -
"Bildiyiniz kimi, turizmin müxtəlif sahələri var. Həmin sahələrdən biri də kazino turizmidir. Əvvəllər Bakıda mövcud idi, daha sonra isə ləğv etdilər. Mən ümumiyyətlə bu qumar turizminin əleyhinəyəm".

Teref.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib. O bildirib ki, Qarabağda və Şərqi Zəngəzurda kazinoların açılması təkcə turistləri yox, eyni zamanda vətəndaşlarımızı da bu pis vərdişə aludə edə bilər:

"Onun bizə gətirəcəyi xeyirdən çox ziyanı ola bilər. Mən Qarabağ kimi müqəddəs bir yerdə belə qumarxanaların açılmasını məqbul hesab etmirəm. Heç kim Tiflis dura-dura Azərbaycana qumar oynamaq üçün gəlməyəcək. Mən demirəm ki, Qüdrət Həsənquliyev bunu təbliğ edir, sadəcə onun təklifini dəstəkləmirəm və heç vaxt da dəstəkləmərəm.

Turizmin inkişafının alternativ yolları var. Həmin sahələri inkişaf etdirsək, bu, kazinodan daha çox gəlir gətirər və daha sağlam düşüncəli turistlər Azərbaycana gələr. Məncə, Qarabağda qumarxana açmaq effektiv olmaz".

Qeyd edək ki, bu gün Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev Qarabağda və Zəngəzurda kazinoların açılmalı olduğunu deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.