Azərbaycanda pandemiya gələn il bitməsə, bir də... - Mütəxəssis vaxtı dedi

24-12-2021, 11:26           
Azərbaycanda pandemiya gələn il bitməsə, bir də... -
"Ümumdünya Səhiyyə Təşkilatının dediyi sözü təkzib etmək mümkün deyil. Hər halda onların ekspertləri daha təcrübəli, daha güclüdür. Belə bir iddia irəli sürürlərsə, demək müəyyən bir səbəbləri, faktları var.

Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Nigar Əliyeva deyib.

Mütəxəssis bildirib ki, martdan sonra yenə də xüsusi karantin rejimi artırılacaq:

"Hazırda ölkəmizdəki epidemioloji durum stabildir, artıq bizdə yoluxma sayında pik nöqtə, eniş, yüksəliş yoxdur. Bu o deməkdir ki, pandemiya artıq nəzarət altındadır. Demək ki, vaksinasiya işləyir. Deyilən zamana kimi dünya əhalisinin böyük əksəriyyəti vaksinasiya olunsa pandemiya əlbəttə ki, bitə bilər.

Xüsusi karantin rejiminin martın 1-ə qədər uzadılması məsələsinə gəlincə, fikir verdinizsə, bu dəfə xüsusi karantin rejimi bundan öncəkilərlə müqayisədə qısa bir müddətlik uzadıldı. Həmişə bu qərar daha uzun müddət üçün nəzərədə tutulurdu.

İndi yoluxma sayı azalıb. Düzdür, xəstələrin sayı hazırda çoxdur. Qrip və digər infeksion xəstəliklərin kliniki gedişləri COVİD-ə çox oxşayır, amma onların böyük əksəriyyəti COVİD deyil. Yoluxma sayının az olması stabil vəziyyətdən xəbər verir. Bu da bizə ümid verir ki, 1 ilə, maksimum ilyarıma vəziyyət stabilləşər, həyat əvvəlki axarına qayıdar.

Yəqin ki, martdan sonra yenə də xüsusi karantin rejimi artırılacaq. Artıq əhalimizdə vaksinə ilk dövrlərlə müqayisədə maraq da, inam da var. Birinci, ikinci dozadan fərqli olaraq üçüncü dozaya böyük əksəriyyət könüllü surətdə gəlir. Bu baxımdan ümid edirik ki, epidemioloji vəziyyət daha yaxşı olacaq. Amma yenə də çox ehtimal ki, xüsusi karantin rejimi martdan sonra da uzanacaq. Qısa bir dövrü əhatə edir (xüsusi karantin rejiminin müddəti martın 1-ə qədər uzadıldı - red.), bu dövr ərzində üçüncü dozanı vurub bitirmək qeyri-mümkündür.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus keçirdiyi mətbuat konfransında deyib ki, koronavirus pandemiyası gələn il başa çata bilər. Onun sözlərinə görə, bunun üçün ilin ortalarına qədər əhalinin 70 faizi COVID-19-a qarşı peyvənd olunmalıdır: "Pandemiyanın gələn il bitməsini istəyiriksə, gələn ilin ortalarına qədər bərabərsizliyə son qoymalı və hər bir ölkə əhalisinin 70 %-ni peyvənd etməliyik".

Təhməz Əsədov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.