“Kabel televiziyaları internet kanallarına uduzur”

25-12-2021, 00:05           
“Kabel televiziyaları internet kanallarına uduzur”
“Telekanallar maraq dairəsinə görə bölünməlidir”

“Hamı eyni cür proqramlar edir. Xaricdə isə Tv-lər rəngərəngdir”

“Hər mövzuda kanal var. Biz də isə hamısı eyni cür fəaliyyət göstərir”

İnternetin yaranması və inkişafı bir çox sahələri geridə qoyub. İnsanlar daha çox sosial şəbəkələrə və vebsaytlara öz tutub. İnternet aləminin yüksəlişi ilə televiziya öz baxıcılarının bir hissəsini itirsə də, hələ də öz hegemonluğunu qorumağa davam edir. Dünyada ən çox inkişaf etmiş ölkələrin əhalisi günlərinin orta hesabla 4 saatını TV-ə baxmaqla keçirir. Ən çox televiziya izləyən ölkələr ABŞ, Böyük Britaniya və İtaliyadır. Azərbaycanda isə bu vəziyyət tamamilə fərqlidir. İnsanların son zamanlar televiziyaya olan marağı tamam itib.

Televiziya izləməməklə belə insanlar özlərini daha səviyyəli hesab edirlər. İzləyən insanlara qarşı isə “yuxarıdan aşağı” intonasiya ilə yanaşırlar. Buna səbəb ölkədəki TV mühitini bəyənməmək ola bilər. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanda izlənməyə layiq olan TV kanallar və verilişlər də mövcuddur. Televiziyanın məlumatlandırmaq və əyləndirməklə yanaşı, maarifləndirmək funksiyası olduğunu da nəzərə alsaq, bu gün TV-ni heç izləməməyi düzgün addım kimi qələmə verə bilmərik.

Vəziyyəti dəyərləndirən telejurnalist, yazar İlqar Əlfioğlu isə “Sherg.az”a açıqlamasında bildirib ki, heç kəsi heç nəyə məcbur etmək olmaz:

“İnsanların maraq dairəsi var və bu müxtəlifdir. Hesab etmirəm ki, baxmayan şəxslər özlərini buna məcbur edirlər. Görünür ki, bu onları qane etmir. Elə insanlar var ki, deyir, mən televizyaya baxanda əsəbləşirlər. Burada prinsipial bir şey yoxdur”.

İlqar bəyin fikrincə, əgər insanlar ehtiyac duysalar, izləyərlər:

“Zənnimcə, seriallar mənasızdır, xəbərlər qane etmir. Tv-lər maraq dairəsinə görə bölünməlidir. Hamı eyni cür proqramlar edir. Xaricdə isə Tv-lər rəngərəngdir. Hər mövzuda kanal var. Biz də isə hamısı eyni cür fəaliyyət göstərir”.

Telejurnalist hesab edir ki, televizya izləyənlərə yuxardan aşağı baxış yoxdur və TV kanalları internet kanallarına uduzur.

Çimnaz ŞAHLAR












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.