Azərbaycanda pensiya yaşı azaldılır? - AÇIQLAMA + VİDEO

26-12-2021, 08:41           
Azərbaycanda pensiya yaşı azaldılır? - AÇIQLAMA + VİDEO
Pensiya yaşı. Əksəriyyətin bu yaşa çatmaq arzusu böyükdür. Hər kəs istəyir ki, illərdir çəkdiyi zəhmətin bəhrəsini qocalanda görsün. Yaxşı pensiya alsın və bunun da müqabilində istirahətini və yaşayışını təmin etsin.

Ancaq bəziləri bu pensiya yaşına çata bilmirlər. Çünki, ölüm getdikcə cavanlaşır. Pensiya yaşı isə əksinə, çoxalır. Qəribə bir tendensiya mövcuddur.

Bəs pensiya yaşı azaldıla bilərmi?

Dünyada insanların sayı çoxaldıqca, ölüm cavanlaşır. Bu tendensiya elə ölkəmizdə də müşahidə olunur. Belə olan halda isə təbii ki, pensiya yaşının azaldılması məsələsi ortaya çıxır. Çünki, hazırda Azərbaycanda bu yaş həddi qadınlar üçün 62 il 6 ay, kişilər üçün 65-dir. Əksər insanların fikrincə indiki pensiya yaşı olduqca yuxarıdır.

İqtsadçı ekspert Rəşad Həsənov bildirir ki, dünya təcrübəsində pensiya yaşının müəyyən edilməsi ilə orta ömür arasında asılılıq var.

Ekspertin sözlərinə görə, ölkəmizdə gözlənilən orta ömür 76 –ya çatsa da, hazırda pensiya alanların bir çoxunun faktiki ömrü 71 yaşı keçmir.

Rəşad Həsənov deyir ki, pensiya yaşının yuxarı olması insanlarda həm də ümidsizlik yaradır, sosial siğorta haqqının ödənilməsinə marağı azaldır.Ekspert pensiya fonduna yığılan məbləğin taleyinə də aydınlıq gətirib.

Millət Vəkili Arzu Nağıyevin fikrincə isə pensiya yaşının azaldılması iqtisadi cəhətdən səmərəsizdir.

Deputatın fikrincə pensiya yaşının müəyyən edilməsi xüsusi hesablamalarla aparılır. Yəni bu zaman bir neçə fakt əsas götürülür. (xəzərxəbər)













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.