Yeni erməni hiyləsi- ABŞ-a axın edən miqrantlar "Meksika yolu"nu seçirlər

29-12-2021, 00:08           
Yeni erməni hiyləsi-
İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan qaçmaq isəyən vətəndaşların sayı xeyli artıb. AzVision.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. "Hraparak" nəşri isə maraqlı bir məlumat dərc edərək artıq ermənilərin yeni üsulla miqrasiya etdiklərini açıqlayıb. Yazıda qeyd edilir ki, ermənilər əvvəlki kimi qanuni miqrasiyaya deyil, hiylə işlədərək gizli yollarla ABŞ-a köç edirlər.

- Müharibədən sonra Ermənistandan mühacirət etmək qərarına gələn və bu istiqamətdə çıxış yolları axtaran vətəndaşlardan biri bizimlə əlaqə saxladı. Onun sözlərinə görə biləndə ki, artıq mühacirətin qanuni yolları əlçatmaz olub, yeni üsula əl atıb. Bildiyiniz kimi nə Avropa, nə də ABŞ miqrantları qəbul etmir. Pandemiya da miqrasiya proseslərinə xeyli mənfi təsir edib. Üstəlik, xarici ölkə səfirliklərində bir neçə ildir ki, vizası üçün qeyri-insani davranışlar sərgilənir, növbələr dəhşətli həddə gəlib.

Bu səbəbdən də həmsöhbətimiz yeni çıxış yolu tapmağa qərar verib. ABŞ-da yaşayan qohumlarından biri ona Meksika üzərindən bu ölkəyə getməyi məsləhət görüb. O, Meksikaya böyük çətinliklə gedib və bunun üçün böyük pullar xərcləyib. Bu gün və ya sabah onlar bir qrup erməni mühacirlə Meksika-Amerika sərhədini keçəcəklər. Təbii ki, ABŞ-da qeyri-qanuni mühacirlərin vəziyyəti asan olmur. Bəzən bu yolla ölkəyə girənlərin ABŞ vətəndaşı olub ölkədə qanuni yaşaması onilliklər tələb edir.

Həmsöhbətimiz diqqətçəkən bir təfərrüatı da bildirdi. Onlarla birlikdə çoxlu sayda rus və ukraynalı da Meksika-Amerika sərhədinə gedib. Yerli sakinlər ona bu yaxınlarda xeyli rus və ukraynalı miqrantın Meksikaya gəldiyini və daha sonra ABŞ-a qaçdığını deyiblər. Yəni insanlar artıq kütləvi şəkildə müharibədən, eləcə də potensial müharibə təhlükəsindən qaçırlar. Bunu Meksikadakı miqrantların tərkibi də sübut edir,-məqalədə yazılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.