Dmitri Polyanski: "Vaqner" ÖHŞ-in Rusiya hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur"

29-12-2021, 08:53           
Dmitri Polyanski:
Malidə fəaliyyət göstərən “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) Rusiya hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur. Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski çərşənbə axşamı keçirdiyi mətbuat konfransında çıxış edərkən bildirib.

"Vaqner qrupunun guya iştirakına gəlincə, bunun hakimiyyətlə heç bir əlaqəsi yoxdur və dövlət tərəfindən heç bir dəstək yoxdur. Əgər o, bazarda mövcuddursa, o zaman hər bir ölkənin onunla əməkdaşlıq edib-etməməsinə qərar vermək imkanı var", - o vurğulayıb.

Qeyd edək ki, "Vaqner” Qrupu, yaxud "Vaqner" ÖHŞ (Özəl Hərbi Şirkət) Sankt-Peterburqdan olan iş adamı Yevgeni Priqojin ilə əlaqəli olan qeyri-rəsmi silahlı birləşməsi kimi tanınır. Qrupa daxil olan muzdlularının Konqo Demokratik Respublikası, Sudan, Liviya, Madaqaskar, Anqola, Qvineya, Qvineya-Bisau, Mozambik, Zimbabve, Mərkəzi Afrika Respublikası (MAR), Mali də daxil olmaqla bir sıra Afrika ölkələrində təhlükəsizlik xidmətləri göstərdikləri iddia olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru