MEDİA rəsmisi:

31-12-2021, 07:31           
MEDİA rəsmisi:
“Təəssüflər olsun ki, bəzi jurnalist təşkilatları “Media haqqında” qanun layihəsinin özünə istinad etmir, onun ətrafına gedən söz-söhbətlərə, şaiyələrə əsaslanaraq mülahizələr yürüdürlər, hesabatlar və bəyanatlar verirlər. Bu təbii ki, təəssüf hissi doğurur”.

Teref.az-ın yazdığına görə, Gununsesi.info xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli deyib.

Onun sözlərinə görə, qanun layihəsinin beynəlxalq hüquqa zidd olması, ifadə azadlığına təhlükə yaratması ilə bağlı iddialar əsassızdır. Belə ki, “Media haqqında” yeni qanun layihəsi media subyektlərinə şamil olunub.

“Media subyektləri qanuna görə dörd yerə bölünür: çap mediası, online media, audiovizual və informasiya agentlikləri. Qanun yalnız bunların fəaliyyətinə şamil edilib və bunların fəaliyyətini tənzimləyəcək. Qanun internet televiziyaların, sosial şəbəkə istifadəçilərin fəaliyyətinə şamil edilmir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru