Sosial şəbəkələrdə böyük marağa səbəb olan uşaq danışdı - VİDEO

1-01-2022, 13:15           
Sosial şəbəkələrdə böyük marağa səbəb olan uşaq danışdı - VİDEO
Sosial şəbəkələrdə böyük marağa səbəb olan görüntülərdən bəhs edəcəyik. Söhbət dişini çəkdirməyə gələn 6 yaşlı uşaqla stomatoluqun dialoqundan gedir. Əməkdaşlarımız qorxudan dişini çəkdirmək istəməyən və həkimi bu fikirdən daşındırmağa cəhd edən azyaşlının ailəsində olublar. Valideynləri həmin videonun bu qədər maraqla qarşılanacağını gözləmədiklərini deyirlər.

Teref.azın yazdığına görə, Turkustan.az xəbər verir ki, dişini çəkdirməyə gələn azyaşlı ilə həkimin dialoqu sosial mediada qısa vaxt ərzində böyük marağa səbəb olub.

Stomatoloq uşağı danışdırır, fikrini yayındırır, mümkün qədər xoş sözlər deməklə onun əhval- ruhiyyəsini qaldırır.

Quba rayonunun Söhüb kəndində yaşayan uşaq-Baba Bərxudayevin dişi ağırdığından valideynləri onu stamatoloq Fərman Əliyevin yanına gətiriblər. Həkim uşağın qorxduğunu, narahat olduğunu görüb və bu hissləri uzaqlaşdırmaq üçün onunla xoş söhbətə başlayıb.

Uşağın atası Elşad Bərxudayev deyir ki, həkimin özünəməxsus davranışları onlar üçün gözlənilməz olub. Stomatoloq azyaşlının dişini çıxartmağa tələsməyib. Dərmanla yerini təmizləyib evə göndərib.

Həkim Fərman Əliyev deyir ki, uşaq xəstəxanaya gələndən “dişimi çəkmə”' deyirmiş.

Həkim qeyd edib ki, belə məqamlar həssas olduğuna görə azyaşlıda psixoloji travma yarada bilər.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.