"İndi heyvanlar aləminə baxıram və zövq alıram"

4-01-2022, 09:45           
"İndi heyvanlar aləminə baxıram və zövq alıram"
“Bunların camaatın ailə məsələlərini efirdə işıqlandırmaqdan başqa əllərindən heç nə gəlmir. Efirlərimizdəki o verilişlərə nə baxmıram, nə də heç nə düşünmürəm. Elə baxmadığıma görə də xoşbəxt oluram. İndi heyvanlar aləminə baxıram və zövq alıram”. Teref.az bildirir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Rasim Balayev efirlərimizlə bağlı danışarkən deyib. Aktyor bir çox verilişlərin onun ürəyincə olmadığını bildirib:

“Heç Yeni ildə də o verilişlərə baxmadım. Çox primitiv verilişlər yayımlayırlar. Verilişi hazırlaya bilmirlər. Ancaq səviyyəsiz musiqiylə, müğənnilərlə hər şeyi başa vururlar. Mətbəxdə də, səhnədə də vəziyyət o cürdür. Veriliş hazırlaya bilmirlər, mütəxəssis yoxdur. Düzdür, bu səviyyəsizlik elə Rusiya televiziyalarında da var, amma onlarda heç olmasa paralel olaraq babat filmlər də göstərirlər. Yəni dediyim odur ki, hər şey bərbad vəziyyətdədir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru