Deputatdan SƏRT TƏLƏB: "Ölüm hökmü bərpa edilsin!"

6-01-2022, 10:48           
Deputatdan SƏRT TƏLƏB:
“Rusiyada pedofillər, residivistlər və qatillər üçün ölüm hökmünü bərpa etmək lazımdır.

Teref.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Sultan Həmzəyev “360” telekanalına müsahibəsində Kostroma şəhərində 5 yaşlı qızın öldürülməsinə münasibət bildirərkən deyib.

“Mən öz mövqeyimdə dayanıram: pedofillər, residivistlər və qatillər üçün edam cəzasına moratoriumun ləğvi lazımdır. Əvvəllər cinsi zorakılığa görə həbsdə olan şübhəlilərdən birinin şərti azadlığa buraxılmasının səbəbini araşdırmaq lazımdır, - deputat əlavə edib.

Xatırladaq ki, yanvarın 4-də Kostromanın Severnaya Pravda küçəsində gəzintiyə çıxan 5 yaşlı qız qısa müddətdən sonra iki kişi tərəfindən qaçırılıb. Təhlükəsizlik qüvvələri mütəşəkkil axtarış nəticəsində qızı qətlə yetirdiyini etiraf edən iki şübhəlini saxlayıb. Azyaşlının meyiti Kostromadakı yataqxanalardan birində otaqda tapılıb. Prokurorların sözlərinə görə, hər iki şəxs əvvəllər məhkum olunublar. Onlardan biri cinsi təcavüzə görə azadlıqdan məhrum edilib./lent.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru