Zərdüşt Əlizadədən SƏRT SÖZLƏR – “Axı, onlar kimdirlər ki, Qazaxıstanı bölsünlər?”

8-01-2022, 08:15           
Zərdüşt Əlizadədən SƏRT SÖZLƏR –
Rusiya Dövlət Dumasının Dağıstandan seçilmiş deputatı Sultan Hamzayev Qazaxıstanı Rusiyaya birləşdirmək təklifi ilə çıxış edib. Bu isə bəzi narazılığa səbəb olub. Xatırladaq ki, Rusiya Liberal Demokrat Partiyasının sədri, hər zaman öz sərsəm açıqlamaları ilə gündəmə gələn Vladimir Jirinovski oxşar fikirlər səsləndirib. Siyasətçi Qazaxıstanın Şimal və Şərq vilayətlərinin Rusiyaya birləşməli olduğunu deyib.

Siyasətçi və politoloq Zərdüşt Əlizadə isə bu fikirləri absurd adlandırıb. O Bizim.Media-ya açıqlamasında qeyd edib ki, hər sərsəm siyasətçinin danışdığı boş sözlərə əhəmiyyət vermək lazım deyil.

“Rusiya Dövlət Dumasına təyin edilmiş adamlar arasında ağıllı insanların sayı çox azdır. Hər mənasız sözə fikir vermək lazım deyil. Dağıstandan hansısa bir gədanı gətirib qoyublar parlamentə, o da ağzına gələni danışır. Bu şəxs heç seçkilərdə özü seçilməyib, sadəcə, hökümət öz siyasi kursina uyğun olaraq, onu dumada oturdub. Qazaxstan tarix boyu nəhəng bir dövlət olub. Axı, bu cür dövlətə hansı qüvvənin gücü çatar ki, onu harasa birləşdirsin?”

Siyasətçi Qazaxıstanda baş verən ixtişaşlardan da söz açıb. Z.Əlizadə qeyd edib ki, qalxan təzyiq nəticəsində xalq da, hökümət də bir çox səhv addımlar atırlar.

“Ölkədə baş qaldıran son qarışıqlıqlar 1-2 ay keçməmiş hamının yadından çıxacaq və vəziyyət stabilləşəcək. Qazaxıstan müstəqil dövlətdir, BMT-nin və müxtəlif beynəlxalq təşkilatların üzvüdür.

Hazırda ölkə böhran vəziyyəti yaşayır. Millət üsyan edir, Qazaxıstanda olan bəzi vəhşi qüvvələr talançılıq edir və hökümət xalqa silah qaldırır yəni hər şey bir-birinə qarışıb. Bütün hadisələr də bu fonda baş verir. Mən inanıram ki, Qazaxıstan böhrandan tezliklə çıxacaq və ölkə öz əvvəlki vəziyyətinə qayıdacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.