“Ləhçə ilə danışıq, səhv, qüsurlu nitq…” - Tanınmış aparıcıdan Dilçilik İnstitutuna SƏRT ETİRAZ

18-01-2022, 17:31           
 “Ləhçə ilə danışıq, səhv, qüsurlu nitq…” -
“Tək sözlə gül kimi dilimizin eroziyaya uğramasına, məhvə getməsinə xidmət edən qurum elə Dilçilik İnstitutunun özüdür!” Teref.az yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə (yenidən işlənmiş 7-ci nəşr) “hörümçək” sözünün verilməməsi ilə bağlı etirazlara münasibət bildirən tanınmış aparıcı Saleh Bağırov deyib.

O, İnstitutun ünvanına sərt fikirlər səsləndirib:

“Lap tutaq ki, əlavə ediblər… Nə ehtiyac? Nə zərurət? Nə vacibdir axı? Nə qədər absurd, gərəksiz və gülünc. Bu qədər lazımsız “dəyişikliklər” və “əlavələr” durmadan edilir. Bir dil neçə dəfə yeni söz, yeni vurğu, yeni deyiliş forması ilə dəyişilər və ya guya “ekvivalenti” icad ediblər? Sonra da insanlar, gənc nəsil düzgün danışmamaqda günahlandırılır.

Halbuki özləri aman vermir ki, millət konkret bir dilini tam və mükəmməl öyrənib, başa çıxsın. Bəsdir, siz Allah!

Bilirsiz, Dilçilik İnstitunun özündə səhv, ləhçə ilə danışan, nitqi qüsurlu, dialekti bol olan nə qədər adam var..? Dəfələrlə canlı yayımlarda qonaqlarım olublar və məəttəl qalmışam ki, əcəba bu danışıqların, yiyələridirmi bizə və camaata dil öyrədən?
Tək sözlə gül kimi dilimizin erroziyaya uğramasına, məhvə getməsinə xidmət edən qurum elə Dilçilik İnstitutunun özüdür! Nə qədər bu fikrimdə yanılmağımı istəsəm də, ora toplaşıb bu “kəşf”ləri edənlər aman vermirlər ki, vermirlər…”шаблоны для dle 11.2


Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.