Yaxma test Omikronu təyin etmir, çünki virus burunda deyil – Əməkdar həkim

19-01-2022, 00:07           
Yaxma test Omikronu təyin etmir, çünki virus burunda deyil –
Omikron ştammını ənənəvi PZR yaxma testi təyin edə bilmir, çünki onu tanımır.

Medicina.az xəbər verir ki, Rusiyanın əməkdar həkimi Mixail Kaqan bu barədə açıqlama verib .

“Omikrona yoluxmanı təyin etmək üçün şübhəli məqamda ancaq genetik analzi lazımdır. Bu analiz ixtisaslaşmış laboratoriyada 3-4 günə hazır olur. Genetik materialı dəqiq test etdikdən sonra xəstənin dəqiq Omikrona yoluxmasını demək mümkündür. Əks təqdirdə indiki testlərlə xəstənin ancaq Deltaya yoluxduğunu elan etmək olar. Çünki Delta hələ də populyasiyada dövr edir.
İndiki halda PZR test ancaq kovidə yoluxmanı deyə bilər, ancaq onun məhz Omikron olduğunu heç vaxt. Rusiuyada test analizlərinin mükəmmələşdirilməsi işləri gedir, yeni kovid testləri hazırlanır. Bu testlər 15 dəqiqəyə bütün ştammları fərqləndirə biləcək.

Yeni ştamm həm də burunda yox, daha çox ağız suyu, tüpürcəkdə olur. Ona görə burundan yaxma testi Omikrona uyğun deyil”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.