“Elə yaxşı ki, Anna Akopyanın dəstəsində olan yazıq qadınlar real döyüşlərdə iştirak etmədilər...”

19-01-2022, 18:23           
“Elə yaxşı ki, Anna Akopyanın dəstəsində olan yazıq qadınlar real döyüşlərdə iştirak etmədilər...”
“Anna Akopyanın yaratdığı bu “Erato” qadın dəstəsi Ermənistan ordusunda əhval-ruhiyyəni yaratmaq üçün təşkil edilmişdi. Bu isə çox primitiv bir ideya idi. Onlar bununla erməni ordusunda döyüşən kişilərin döyüş qabiliyyətini artırmaq itəyirdilər”. Teref.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında hərbi-ekspert Azad İsazadə deyib. Ekspert Anna Akopyanın 44 günlük Vətən müharibəsində bu cür şou xarakterli məqsəd daşıyan qadınlardan ibarət dəstə düzəltməsinin əhəmiyyətsiz olduğunu bildirib:

“Onun ağlı nəyə çatırdısa, onu da edəcəkdi. Söhbət iyirmi birinci əsrin müharibəsindən gedirsə, hansısa təxribata əl atmaqla nəsə etmək olmaz. Ordu illərlə hazırlanmalıdır. Bir-iki təlim keçməklə bu müharibədə nəsə etmək mümkün deyildi. Bunu da döyüşlər göstərdi. Elə yaxşı ki, Anna Akopyanın dəstəsində olan yazıq qadınlar real döyüşlərdə iştirak etmədilər, çünki onlar da məhv ediləcəkdi. Ondan sonra isə ermənilər deyəcəkdi ki, biz onların qadınlarını öldürmüşük. Ona görə də elə yaxşı ki, bu məsələ şou səviyyəsində də qaldı”.

Qeyd edək ki, Ermənistan mediası 44 günlük Vətən müharibəsi zamanı Anna Akopyanın qadınlardan ibarət yaratdığı “Erato” dəstəsinin taleyini araşdırmağa başlayıb. Lakin onların indi harda və nə etdikləri barədə məlumat əldə edə bilməyiblər. Ermənilər özləri də bunun bir şou olduğunu etiraf ediblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.