Primakovla Qorbaçov Allahşükür Paşazadəni hakimiyyətə gətirmək istəyirdi - Şeyxdən İNANILMAZ AÇIQLAMA

20-01-2022, 18:56           
Primakovla Qorbaçov Allahşükür Paşazadəni hakimiyyətə gətirmək istəyirdi - Şeyxdən İNANILMAZ AÇIQLAMA
SSRİ-nin 1990-cı il 20 yanvarda Azərbaycanda dinc vətəndaşlara qarşı həyata keçirdiyi kütləvi qırğına don geyindirmə cəhdlərindən biri də din faktoru olub.

Ednews xəbər verir ki, həmin gecə Bakıda dinc əhali qırğını törətdikdən sonra sovet hakimiyyəti ən çox bir məlumatı insanların beyniyə yeritmək istəyirdilər. Onların yaydıqları məlumatda qeyd olunurdu ki, guya sovet qoşunları o gecə Bakıya daxil olmasaydılar, Azərbaycanda eynilə İrandakı kimi islami inqilab baş tutacaqdı.

SSRİ rəhbərliyi hələ 20 yanvar hadisələrindən əvvəl dəfələrlə Azərbaycanda olmuş, müxtəlif din xadimləri ilə görüşlər keçirməklə sanki onların nəbzini yoxlamaq istəyiblər.

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə illər əvvəl "ANS" Televiziyasına verdiyi müsahibədə bir faktı dilə gətirib.

EDNews Paşazadənin 20 Yanvar hadisələri ilə bağlı ANS-ə verdiyi müsahibədən kiçik bir parçanı təqdim edir:

"Yevgeni Primakov şəxsən mənə dedi ki, biz Qorbaçovla məsləhətləşmişik, istəyirik ki, sən dövlətə rəhbərliyi üzərinə götürəsən. Biz Qorbaçovla sənə hər cürə köməkliyi göstərəcəyik. Bakıya da qoşunları göndərməyəcəyik. Mən təbii ki, onlarla razılaşmadım", - deyə, şeyx qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.